Akvayrinq məhsullarının idarə edilməsi üzrə Menecer
Bank
Responsibilities:

Akvayrinq məhsulları  (bundan sonra “məhsul” deyərkən POS, E-Commerce (virtual POS), ATM, AVMQ və inteqrasiya olunmuş akvayrinq həlləri nəzərdə tutulur) Korporativ kart məhsulları və Əmək haqqı layihələri üzrə məhsul sahibliyi və idarə edilməsi

 

·         Akvayrinq məhsulları (o cümlədən Korporativ kart məhsulları və Əmək haqqı layihələri)  üzrə satışı planlaşdırmaq, Satış imkanları və gəlirlərinin artırılmasında məsuliyyətin daşınması və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunması, bu məhsullar üzrə müştəri menecerləri və Biznes mərkəzlərinə satışla əlaqəli dəstəyin göstərilməsi

·         Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin (o cümlədən interchange” haqqı) optimallaşdırılması və mümkün qədər azaldılmasının təmin edilməsi, məhsul dövriyyəsinin gözlənilən həcmdə olmasının təmin edilməsi

·         Akvayrinq məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi

  • Bilavasitə ödəniş sistemləri ilə ünsiyyət qurub tövsiyələr, yeni məhsullar haqqında məlumat əldə edilməsi, lazım olduğu təqdirdə Beynəlxalq ödəniş sistemləri, həmçinin, AzəriKart, Milli Kart, TİETO və s.  ilə danışıqların aparılması və tələblərin irəli sürülməsi

·         POS, ATM və AVMQ makina parkının effektiv və maksimal dərəcədə yüksək gəlir və dövriyyəni təmin etmək üçün lazımı tədbirlərin görülməsi (işlənə bilməyən qurğuları vaxtında geri çağırılmalı), Məhsullar üzrə qiymətin formalaşdırılması və risklərin idarə olunmasında cavabdehliyin daşınması

·         Akvayrinq məhsullarının anbardakı (stokdakı) qalıqlarının nəzarət altında saxlanması və Müştəri Menecerlərindən vaxtı vaxtında daxil olan gələcək sifarişlərə hazırlıqlı olmağı ki, Bank vaxtında və hər zaman müştərinin tələblərini qarşılaya bilsin. Yeni sifarişlərin planlaşmasının təmin edilməsi

·         Seqment və Biznes Mərkəzlərinə akvayrinq məhsulları ilə əlaqəli təqdimatların, tədris materiallarının hazırlanmasında dəstək olması, broşurların, təlimatların və yeni xidmətlə əlaqəli digər vəsaitlərin təşkil edilməsi ilə əlaqədar Təşkilatı İnkişaf və Xidmət Təminatı, Korporativ Kommunikasiyalar funksiyaları ilə birbaşa koordinasiyanın edilməsi

 

·         Akvayrinq məhsulları üzrə dövrü olaraq təqdim edilən hesabatların tədqiq edilməsi, istər Müştəri seqmentləri, istər Biznes Mərkəzləri, istərsə də biznes mərkəzlərinə göstəriciləri kommunikasiya edərək satışın artırılmasına dəstək göstərməsi

·         Müvafiq departamentlərlə birlikdə Akvayrinq məhsulları üzrə  Bankın müştəri və qeyri-müştəriləri üçün tədbirlərin hazırlanmasında iştirak və həmin tədbirlər üçün münasib müştərilərin cəlb edilməsini təmin etməsi

  • Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi
  • Məhsulların Mərkəzi Bankın qaydalarına və Beynəlxalq ödəniş sistemlərinin qaydalarına uyğun olmasının təmin edilməsi eləcə də, Qlobal və Regional bazarda yeni Akvayrinq məhsulları haqqında məlumatın təqdim edilməsi və qərar qəbul edilməsində təşəbbüskar olması
  • Digər vəzifə öhdəlikləri, lazım olan təqdirdə

 

Requirements:

Cavabdehlik sahəsi

 

Akvayrinq məhsulları üzrə bütün müştərilərlə fəaliyyətdə olması, yeni müştərilərin cəlb edilməsi

 

Akvayrinq məhsulları üzrə Müştəri Xidmət Komandasının tərkibi olaraq planlama prossesində iştirak etməsi

Müştərilərin Akvayrinq xidmətləri ilə əlaqəli əməkdaşlıq və əqdlərinin hazırlanması, struktura salınması və həyata keçirilməsində aparıcı rol oynaması

Müştəri menecerlərinə Akvayrinq xidmətlərinin xüsusiyyətləri üzrə mütəmadi məlumat verməsi

Məhsullarla əlaqəli risklərin azaldılması

Contacts:

(+99412) 5961868

hrm@hcb.az

Bank

25.05.2017

- negotiable