Human Capital Baku (HCB) – kadr təminatı bazarında 2003-cü ildən etibarən fəaliyyət göstərən Azərbaycanın rekrutinq şirkətidir

Missiyamız - Azərbaycanda biznesin dəstəklənməsi və inkişafı.

Biz, dəyərli təcrübə və biliklərə malik olan ən yaxşı işçiləri müştərilərin müəssisələrinə cəlb etməklə biznesdə optimal həlləri axtarıb tapmağa kömək edirik.

Vəzifəmiz - kadrlarla komplektləşdirmə sahəsində xidmətlərin göstərilməsi ilə biznesin inkişafına kömək etmək.

İdarəetmə resurslarının cəlb edilməsində kömək etməklə biz, şirkətlərin rəqabət mövqelərini möhkəmləndirir və gələcəkdə müvəffəqiyyətli inkişaf üçün şərait yaradırıq. Biz öz işimizdə şirkətlərə qarşılarında qoyulan məqsədlərə nail olmaqda daha israrlı olacaq insanları cəlb etməyə çalışırıq.

"Human Capital Baku" şirkətinin əsas ixtisaslaşması: bütün biznes sahələri üçün müxtəlif səviyyəli personalın seçilməsi – idarəetmə, marketinq, maliyyə, logistika, eləcə də top-menecment sahəsində mütəxəssislər.

İŞ PRİNSİPİ:

Məxfilik
İşgüzar etika zəmanətləri və prinsipləri
Yüksək müştəri xidməti standartı