Muhasib
Oil Service company
Responsibilities:

• Şirkətin uçot siyasətini hazırlanması və təsdiq olunmaq üçün birbaşa rəhbərinə təqdim edilməsi;
• Şirkətin maliyyə və mühasibat uçotunda beynəlxalq və milli standartların işlənilmə və tətbiqində iştirak edilməsi;
• Şirkətin əmlakı, öhdəliklərinin hərəkəti ilə bağlı ilkin və mühasibat sənədlərinin tərtib olunması və nəzarət;
• Əmək haqqı, debitor–kreditor borclar və sair hesablaşmaların qanuniliyinə, vaxtında həyata keçirilməsinin icrası və nəzarət edilməsi;
• Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasının və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsinə nəzarət;
• Şirkətin əmlakı və öhdəliklərinin inventarizasiyasının həyata keçirilməsi qaydalarının təmin olunması üzrə işə rəhbərlik edilməsi, əmlakın və öhdəliklərin mövcudluğu, vəziyyəti və qiymətləndirilməsi ilə bağlı nəticələrin sənədləşdirilməsi;
• Əskikgəlmə, pul və mal-material qiymətlilərinin qeyri-əsassız xərclənməsi üzrə sənədlərin (akt, xidməti məlumat və s.) tərtib olunmasında iştirak edilməsi;
• Qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə vergi bəyannamələrinin, ƏDV, Mənfəət-zərər, Muzdlu iş, Mənbədə vergi və digər hesabatların hazırlanması və aidiyyatı qurumlara təqdim edilməsinə nəzarət;
• Şirkətin digər bölmə rəhbərlərinə və əməkdaşlarına mühasibat və vergi uçotu, nəzarət, hesabat və təsərrüfat fəaliyyətinin təhlili barədə metodik köməklik göstərilməsi;
• Əsas vəsaitlərə daxili inventar nömrəsinin verilməsi, yerdəyişməsinin ilkin sənədlər (təhvil-təslim aktı, yerdəyişmə, silinmə aktı və s.) əsasında izlənməsinin həyata keçirilməsi;
• Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasının həyata keçirilməsi;
• Müvafiq hesabatların hazırlanması

Requirements:

1. Yaş: 25 – 40 arası
2. Təhsil: Ali
3. İş təcrübəsi: minimum 5 il
4. Office proqramlarını bilməli
5. Vergi qanunvericiliyini bilmək
6. Ünsiyyət qurmaq bacarığı

Contacts:

(+99412) 5961868

[email protected]

Oil Service company

29.08.2019

1500 - 2000 azn