HSE MANAGER
Construction Company
Responsibilities:

1.1. Müəssisədə əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi
1.2. Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək
1.3. İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsinin təşkil edilməsinə çalışmaq
1.4. İşçilərə əməyin mühafizəsi üzrə məsləhətlər vermək
1.5. Müəssisənin bölmə rəhbərləri və digər xidmətləri ilə birlikdə bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əmək şəraitinin yaxşılaşdırılması və onları əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri səviyyəsində çatdırmaq, tədbirlər hazırlmaq, həmçinin planlaşdırılmış tədbirlərin yerinə yetirilməsinə dair təşkilatı köməklik göstərmək
1.6. Müəssisədə hazırlanan layihə sənədlərinin əməyin mühafizəsi tələblərinə uyğun gəlməsi məqsədilə razılaşdırılması
1.7. Müəssisədə əməyin mühafizəsi üzrə bilikləri yoxlayan komissiyanın işində iştirak etmək və biliklərin yoxlanmasının təşkili
1.8. İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına və TTQ-dan təlimatlandırılmaların keçirilməsinə nəzarət etmək
1.9. Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla , qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını, həmçinin müvafiq informasiya lövhələrinin quraşdırılmasını təşkil etmək
1.10. Yeni işə qəbul olunanlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək
1.11. Müəssisənin bölmələrində təhlükəsiz iş şəraitinin təmin olunması üçün rəhbərliyə təkliflər vermək
1.12. Müəssisədə texniki təhlükəsizlik və əməyin mühafizəsi günün keçirilməsini təşkil etmək
1.13. Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsini, avadanlıqların, mühafizə vasitələrinin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsini, qoruyucu və mühafizə vasitələrinin vəziyyətini, xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasını və verilməsini nəzarətdə saxlamaq
1.14. Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq

Requirements:

2.1 Təhsil : Ali texniki
2.2 İş stajı : Müvafiq vəzifədə ən azı 5 il iş təcrübəsi
2.3. Dil biliyi : Azərbaycan English Səviyyə Rus dili bilənlərə üstünlük verilir
2.4. Kompüter biliyi : MS Office Səviyyə : Yaxşı

Contacts:

0125961868

[email protected]

Construction Company

18.07.2019

- negotiable