DAXİLİ AUDİT VƏ RİSKLƏRİN İDARƏEDİLMƏSİ DEPARTAMENTİNİN APARICI MÜTƏXƏSSİSİ
Telecom
Responsibilities:

- Risklərin idarə edilməsinə, əməliyyat riskləri də daxil olmaqla risklərin minimallaşdırılmasına, daxili nəzarətin təkmilləşdirilməsinə dair tövsiyələrin hazırlanması və tətbiqində dəstəyin göstərilməsi;
- Layihə idarəedilməsi metodologiyanın şirkətdə tətbiqi, layihə menecerlərə dəstəyin göstərilməsi və layihə menecer olaraq layihələrə nəzarət edilməsi.
- Menecment informasiya sistemində hesabatlarının nəzərdən keçirilməsi və onların dolğunluğunun, müvafiq standartlara uyğunluğunun müəyyən edilməsi;
- Şirkət tərəfindən qanun və normativ sənədlərə riayət edilməsinə nəzarət, həmçinin bu sahədə rəhbərliyin təhqiqat və yoxlamasının nəticələrinin nəzərdən keçirilməsi;
- Müntəzəm olaraq departament fəaliyyəti haqqında və aid edilmiş vəzifələr əsasında hesabatların hazırlanması;
- Daxili audit və ya təftişlə bağlı, həmçinin işçilər tərəfindən irəli sürülmüş məxfi və ya anonim məlumatları araşdırmaq üçün prosedurlar ilə bağlı tövsiyələrin hazırlanması;
- Təşkilat üzrə xüsusi audit yoxlamalarının və təftişlərin keçirilməsi;
- Şirkətin daxili sənədlərinin (siyasət, proses və prosedurlar) Şirkətin strategiyasına və ümumilikdə biznesin ehtiyaclarına uyğunluğunun təmin edilməsi və şirkətin biznes proseslərində səmərəlilik və effektivliyin maksimum səviyyədə olmasına, ehtiyac olduğu hallarda zəruri daxili nəzarət mexanizmlərinin mövcudluğuna dair əminlik yaradılması;
- Hazırlanmış daxili sənədlərin digər mövcud daxili sənədlərlə uyğunluğunun təmin edilməsi;

- Keyfiyyət üzrə məsul şəxsin vəzifələrinin icrası;

- Nəzərdən keçirilən siyasət/prosedur/biznes proseslərin nəzarətə götürülməsi və yekun təsdiq olunana qədər həmin sənədlərin statusunun vaxtlı-vaxtında izlənilməsi, yeni və/və ya reviziya edilmiş biznes proseslər, siyasətlər və prosedurların müvafiq qaydada elan edilməsi, təsdiq olunmuş cari biznes proseslərin və əlaqədar faylların saxlanması və idarəedilməsi;

Requirements:

Namizədə olan tələblər:

- Ali, iqtisadiyyat və ya hüquq üzrə bakalavr dərəcəsi

- Biznes proseslərin idarə edilməsi / Daxili nəzarət / Daxili / kənar audit sahəsində 2-3 il iş təcrübəsi

- Azərbaycan dili mükəmməl, İngilis sərbəst yazı və danışıq səviyyədə, rus dili arzuolunandır

- MS Office və MS Visio mükəmməl səviyyədə

- Kollektivdə çalışmaq

- İşə yanaşmada müsbət düşüncə

- Vaxtın məhdud olduğu şəraitdə işləmək

- Müştəri yönümlü düşüncə tərzi

Contacts:

0125961868

[email protected]

Telecom

28.11.2019

1000 - 1600 azn