Böyük rezervuar mühəndisi
Oil and Gas
Responsibilities:

Neft-qaz yataqları üçün optimal işlənmə layihəsinin hazırlanması.
Yatağın hər bir horizontu üçün analitik və hidrodinamik simulyasiya modellərinin yaradılması.
Modellərin, horizontlar üzrə ilkin geoloji ehtiyatların çıxarılması və digər tarixi-mədən məlumatlarına uyğunlaşdırılması.
Yataqların işlənilmə prosesinin təhlili və qurulmuş modellər əsasında işlənmənin optimallaşdırılması üçün geoloji-texniki tədbirlər planının hazırlanması.
Yataq haqqında məlumatların dəqiqləşdirilməsi və əlavə zəruri məlumatların əldə edilməsi üçün geoloji-mədən və laborator sınaqlarının planlaşdırılması, tətbiqinə nəzarət edilməsi və nəticələrinin təhlili.
Qalıq neftli-qazlı zonaların təyini, işlənmənin intensivləşdirilməsi və hasilatın artırılması üçün lazımı təkliflərin verilməsi.
Lay təzyiqinin saxlanılması, süni təsir üsullarırnın və hasil olunan suyun laylara vurulması üçün layihələrin hazırlanması.
Bu vəzifə təlimatı, öhdəlikləri aydınlaşdıran vəsait kimi nəzərdə tutulmuşdur və sağlam düşüncəni əvəz etmir yaxud bu vəzifəni icra edən şəxsə həvalə olunmuş öhdəliklərə məhdudiyyət qoymur.
İşin düzgün təşkil edilməsi və şöbənin əsasnaməsi ilə müəyyən olunan və rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinin təmin olunmasına cavabdehdir.
Müvafiq iş prossesi zamanı yekun və icra olunmuş sənəd və materialların mövcudluğu və saxlanılması.
Xüsusi (məxfi) sənədlərin və məlumatların məxfiliyinin saxlanılması.
İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək.
Xüsusi qeydlər olan (məxfi) materialları struktur bölməsinin rəhbərinin icazəsi olmadan başqa struktur bölmələrə verməmək.
Fəaliyyət dairəsinə daxil olan işlərin icrası məqsədilə Şirkətin struktur tərkibindəki şöbələrlə əlaqə qurmaq.
Qəbul edilən sənədlərdə qanunvericiliyin pozulması və normativ aktlarla uyğunsuzluğunun olması ilə bağlı aşkar edilmiş hallar barədə struktur bölməsinin rəhbərinə məlumatın verilməsi.

Requirements:

Tələb olunan bacarıqlar:

 Müvafiq əlaqəli sahədə ən azı 7 illik təcrübə
 Ən azı Ali təhsilli – Neft-qaz yataqlarının işlənilməsi sahəsində və ya neft sənayesi üzrə ali təhsil tələb olunur
 Dillər- Azərbaycan dili (Səlis), İngilis dili (orta)
 Kompüter bilikləri – MS Word, MS Excel,MS Outlook, MS Access, Eclipse, tNavigator, OFM, Prosper, MatBal kimi proqramlarda mükəmməl işləmə bacarığı olmalı
 Əla dərəcədə - yazılı və şifahi ünsiyyət bacarğı

Tələb olunan qabiliyyət:

 Problemləri analiz etmə və qərar qəbul etmə bacarığı
 Analitik qabiliyyət
 Dəqiqlik və məsuliyyətlilik
 Tənqidi düşüncə
 Stres və təzyiq altında işləmə bacarığı
 Fərdi və qrupla bərabər işləmə bacarığı

Contacts:

0125961868

[email protected]

Oil and Gas

15.01.2020

- negotiable