Top.Mail.Ru
Baş Mühasib BOKT
5961868
2200-3000
12.06.2020

Job Description

Responsibilities :

Əsas vəzifə və öhdəliklər:

1. Balans, Mənfəət və Zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, digər mühasibat və statistik hesabatları tərtib etmək;
2. Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq;
3. Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək;
4. Filiallarda ilkin və mühasibat sənədlərinin, hesablaşmaların rəsmiləşdirilməsinə nəzarət etmək;
5. Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
6. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;
7. Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
8. Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
9. Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
10. Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
11. Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtləri, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından silmək ;
12. Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq;
13. DSMF, Vergi, Statistika hesabatlarını vaxtında tərtib və təqdim etmək;
14. Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək.

Requirements :

• Ali təhsil (Maliyyə üzrə arzuolunandır);
• Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi.
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.