Top.Mail.Ru
Baş mühasib Business center
5961868
1500-1700 azn
01.10.2020

Job Description

Responsibilities :

Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarını, Vergi, Sosial sığorta və Əmək qanunvericiliyini bilməli, qanunvericilikdəki dəyişmələri yaxından izləmə qabiliyyətinə malik olmalı;
Avtomatlaşdırılmış proqram təminatında (hər hansı bir növündə) işləmək və nəzaərt etmək bacarığına malik olmalı;
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və registrlərində düzgün əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
Şirkətin dövri mühasibat, statistik, idarəetmə və maliyyə hesabatlarının (balans, maliyyə nəticələri, pul vəsaitlərinin hərəkəti və kapitaldakı dəyişikliklər) müəyyən edilmiş müddətlərdə tərtib edilməsini və aidiyyatı üzrə təqdim edilməsini təmin etmək;
Daxil olan və çıxan pul (valyuta) vəsaitlərinin, xammal, material və malların (hazır məhsulun) uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışının uçotunu, iş və xidmətlərin yerinə yetirilməsinin uçotunu, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət edilməsi;
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqı və digər sosial xarakterli işçilərə ödəmələrin hesablanması və ödənilmsəi, debitor və kreditorların uçotu, dövlət büdcəsinə və DSMF-yə məcburi ödənişlərin və digər ayırmaların uçotunun düzgün təşkili və aparılmasına nəzarət;
Uçot siyasətinin şirkətin fəaliyyət növünə uyğunluğuna nəzaərt etməklə, bu istiqamətdə mütəmadi təkmilləşdirmələr üzərində işləmək;  
Uçot sənədlərinin arxivləşdirilməsinin təmin edilməsi;
İllik mənfəət vergisi bəyannaməsinin sərbəst şəkildə hazırlanmasını təmin etmək; 
e-gov.az, e-taxes.gov.az və digər əlaqəli portallardan istifadə etmək;
İş prosesində öz sahəsi ilə bağlı meydana çıxacaq problemlərin aradan qaldırılması ilə bağlı təkliflər vermək;
Şirkətin maliyyə-iqtisadi idarə olunmasında aktiv iştirak etmək və ehtiyac duyduqda lazımi təkliflər vermək;
Vəzifə öhdəlikləri ilə bağlı digər lazımi bacarıq və xüsusiyyətlərə malik olmaq.

Requirements :

Baş mühasib sahəsində 5-7 illik təcrübə
Təhsil - bakalavr dərəcəsi
Excel ilə son dərəcə bacarıqlı, Excel mütəxəssisi səviyəsində işləməlidir
Özünü sübut edə bilən, təşəbbüskar şəxs. Nəticəyə yönəlmənin güclü olması tələb olunur.
Çeviklik, dar vaxt çərçivəsində işləmək bacarığı
Detallara güclü diqqət yetirmək
Əla ünsiyyət bacarıqları