Top.Mail.Ru
012 -5961868
negotiable
28.10.2020

Job Description

    • Bu təlimat Elektrik qazqaynaqçısınin funksional öhdəliklərini, hüquq və vəzifələrini müəyyən edir.
    • Elektrik qazqaynaqçısı, öz fəaliyyətində Azərbaycan Respublikasının Qanunvericiliyini və Şirkətin Azərbaycan Respublikasında nümayəndəliyinin (bundan sonra Nümayəndəlik adlandırılacaq) daxili əmrlərini rəhbər tutur.
    • Nümayəndəliyin prezidentinin əmri əsasında, struktur rəhbərinin təqdimatı ilə vəzifəyə təyin olunur və vəzifədən azad edilir.
    • Elektrik qazqaynaqçısı, Ustaya tabedir.

Responsibilities :

Mədən əməliyyatlarında müxtəlif boru xəttlərinin və avadanlıqların qaynaq olunması.
Struktur rəhbrinin tələbi ilə qaynaq sınaq işlərinin həyata keçirilməsi.
Əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqları düzəltmək.
Düz, üfüqi, şaquli, 45 dərəcəlik, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmaq.
Səyyar qaynaq avadanlıqlarını istismar etmək.
Yanacaq avadanlıqları vasitəsi ilə metalı kəsmək və ona forma vermək.
Qövslü kəsici alətlər vasitəsi ilə materialları kəsmək.
Qaynaqdakı qüsurları və natamamlığı müəyyən etmək.
Qaynaq işlərində ümumi təhlükəsizlik tədbirlərinə riayət etmək.
Bu vəzifə təlimatı öhdəlikləri aydınlaşdıran vəsait kimi nəzərdə tutulmuşdur və sağlam düşüncəni əvəz etmir yaxud bu vəzifəni icra edən şəxsə həvalə olunmuş öhdəliklərə məhdudiyyət qoymur.
İşin düzgün təşkil edilməsi və şöbənin əsasnaməsi ilə müəyyən olunan və rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinin təmin olunmasına cavabdehdir.
İş zamanı təhlükəsizlik qaydalarına riayət etmək.
Fəaliyyət dairəsinə daxil olan işlərin icrası məqsədilə Şirkətin struktur tərkibindəki şöbələrlə əlaqə qurmaq.
Qəbul edilən sənədlərdə qanunvericiliyin pozulması və normativ aktlarla uyğunsuzluğunun olması ilə bağlı aşkar edilmiş hallar barədə struktur bölməsinin rəhbərinə məlumatın verilməsi.



Requirements :

Tələb olunan bacarıqlar:

Müvafiq əlaqəli sahədə ən azı 1 illik təcrübə
Orta məktəb təhsilli
Dillər- Azərbaycan dili (Səlis)
Yaxşı dərəcədə - yazılı və şifahi ünsiyyət bacarğı

Tələb olunan qabiliyyət:

İxtisası artırma və öyrənməyə həvəs
Dəqiqlik və məsuliyyətlilik
Tənqidi düşüncə
Stres və təzyiq altında işləmə bacarığı
Fərdi və qrupla bərabər işləmə bacarığı