Job Description
Responsibilities :
Vəzifə özəllikləri
Bu vəzifənin əsas məqsədi nədir, iş fəaliyyətinin nəticələrində hansı tövhəsi olacaq?
Maliyyə nəzarətin qurulması; Büdcələnmə prosesin qurulması; Büdcəyə nəzarət prosesin yaradılması; Şöbələr üzrə xərclər mərkəzin yaradılması və nəzarəti.
Vəzifə öhdəlikləri nədən ibarətdir?
Kassa əməliyyatlarının və bank ödənişlərinin düzgün icrasına nəzarət; rəhbərlik üçün maliyyə təqdimatları hazırlamaq; Büdcə icrasının monitorinqi və təhlili; İllik büdcənin tərtib etmək; Müəssisənin pul axını proqnozunu təhlil etmək; şöbələr üzrə xərclər hesabatını tərtib etmək və xərclərə nəzarət etmək; İnvestisiya büdcəsinə nəzarət etmək.
Bu vəzifəyə qəbul olan şəxsə hansı hədəflər qoyulacaq?
1. Büdcələmə və büdcə prosesinin qurulması; 2. Maliyyə nəzarəti və xərclərə nəzarət prosesinin qurulması.
Requirements :
Təhsil dərəcəsi: Ali iqtisadi (bakalavr/magistr)
Əlavə təlim sertifikasiyası: Aidiyyəti sertifikatı olana üstünlük verilir
Reqlamentləşdirici sənədlərin biliyi: Vergi Məcəlləsi, Beynəlxalq Mühasibatlıq Standartları (İFRS) və s.
Xarici dil bilikləri Rus – yaxşı, İngilis – orta
Kompüter proqramlarının biliyi: Microsoft Office Proqramları, Outlook, 1 C, ERP
İşgüzar bacarıqlar: İnamlı ünsiyyət, kommunikasiya və təqdimat bacarıqları, diqqətli və məsuliyyətli, stressə davamlı.