Top.Mail.Ru
MARKETİNQ DEPARTAMENTİNİN MƏHSULUN İNKİŞAFI ÜZRƏ MÜTƏXƏSSİS Telecom
012-5961868
negotiable
04.03.2021

Job Description

Responsibilities :

- Məhsulun inkişafı və strateji planlaşdırma məqsədilə inteqratorların, rəqib şirkətlərin, VSAT operatorların məhsulları haqqında ətraflı məlumatın toplanılması 
- Bazar məlumatlarını əldə edib araşdıraraq müştəri ehtiyacları və istəklərini müəyyənləşdirmək 
- Departament daxili yeni layihə və həllərin məhsullaşdırılması 
- Məhsul inkişafının ilkin mərhələsini, eləcə də məhsulun yaradılması, idarə olunmasi və sənədləşdirilməsi ilə bağlı tələb və nəticələri formalaşdırmaq və idarə etmək, komandanı məhsul barədə təlimləndirmək 
- Yeni məhsul, proqram və layihələrin uyğun istifadə qaydalarının hazırlanması və Marketinq departamentinin digər əlaqədar üzvləri ilə birgə dizayn edilib çapa verilməsi 
- Yeni məhsullar haqqında təlim materiallarının hazırlanması və info sessiyaların verilməsi 
- Rəqiblərin məhsullarını şirkət məhsulları ilə müqayisə edib bazar rəqabətini qiymətləndirmək 
- Satış ilə müştərilərə zəng edib məhsul bazarı məlumatlarını qiymətləndirmək, analiz etmək və nəticələri dəyərləndirmək 
- Məhsul variantları və planları haqqında məlumatı menecmentə təqdim etmək 
- Beynəlxalq sərgilər, kofranslar və digər tədbirlərdə iştirak edərək yeni məhsulları, həlləri  araşdırmaq və müəyyənləşdirmək, əməkdaşlıqlar qurmaq  
- Fərdi plana uyğun olaraq illik marketinq hədəflərini icra etmək, nail olmaq və layihələrin uğurla həyata keçirilməsi üçün əməkdaşlara dəstək göstərmək 

Requirements :

Bacarıqlar:
- Texniki və qeyri-texniki konseptləri qeyri-texniki auditoriyaya ötürə bilən əla yazılı və şifahi kommunikasiya, təqdimat bacarıqları
- Mürəkkəb məsələ və informasiyanı sadələşdirmək
- Əsas tərəfdaşlarla işləmək və onlara təsir etmə bacarığı
- Vizuallaşdırma 
- Kollektivdə çalışmaq 
- Müştəri yönümlü düşüncə tərzi 
- Təşəbbüskarlıq, yenilikçilik, kreativ düşüncə  
- Müstəqil işləmək bacarığı 
- Danışıqların aparılması 
- Kritik düşünmə 
- Dürüstlük 

Təhsil: Mühəndislik yönümlü ixtisaslara üstünlük verilir
İş təcrübəsi: Telekommunikasiya, yerüstü sistemlər, səyyar texnologiyalar sahəsində məhsulun inkişafı üzrə azı 3 il iş təcrübəsi
Xarici dil bilikləri: İngilis dili sərbəst yazı və danışıq, Rus dilinin bilməsi üstünlükdür
Kompüter bilikləri: MS Office (Yüksək səviyyədə Excel, Power Point, Word)