Top.Mail.Ru
Vergilər üzrə Mütəxəssis Production Company
012 -5961868
negotiable
31.03.2021

Job Description

Responsibilities :

Vəzifə və Öhdəliklər:

Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
Gəlir vergisi, ƏDV, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi
Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması. 
Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
Təxirə salınmış vergilərin hesablanması
Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət.
Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi

Requirements :

Tələblər:
Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
Vergilərlə bağlı əlaqədar sahə üzrə 4 ildən artıq iş təcrübəsi 
Azərbaycan və ingilis dillərini peşəsinin tələb etdiyi səviyyədə bilmək 
MS Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq
SAP proqramı üzrə  biliklər

Tələb olunan kompetensiyalar:

Müştəriyönümlülük
Davamlı inkişaf
Bütövlük
Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma