Top.Mail.Ru
Layihə Rəhbəri Financial institution
012-5961868
1000-1200 azn
18.06.2021

Job Description

Responsibilities :

Əsas vəzifə öhdəlikləri:
Şirkətin təsisçilərinin müəyyən etdiyi strategiyaya uyğun onun müvafiq siyasət və iş planlarını formalaşdırmaq və icrasını təmin etmək;
Müxtəlif konsultasiya layihələrinin əldə edilməsi üçün müvafiq tenderlərdə iştirak, layihə təkliflərinin hazırlanması, potensial müştərilər üçün təqdimatların keçirilməsi və sair satış tədbirlərini həyata keçirmək; 
Müştərilərin tələb və istəklərinə uyğun konsultasiya xidmətini dizayn etmək və təqdim etmək, həmçinin müştərilər üçün maraqlı ola biləcək yeni xidmətləri hazırlayaraq təqdim etmək;
Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək məqsədilə büdcənin proqnozlaşdırılması və proqnoza uyğun icrasını, çevik şəkildə biznes fəaliyyətlərinin optimallaşdırılmasını, insan resurslarından effektiv şəkildə istifadə edilməsini və sair vacib tədbirləri təmin etmək; 
Şirkətin müxtəlif istiqamətlərdə layihələrinin vaxtında və müştərini məmnun edəcək şəkildə nəticələnməsi üçün onların istiqamətləndirilməsini və əlaqələndirilməsini təmin etmək;
Şirkətin layihələr üzrə ekspert və digər kadrlarla təmin edilməsi, onların bilik və təcrübəsindən layihə məqsədinə çatılması üçün səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılmasını təmin etmək;
Satış kanallarını genişləndirmək məqsədilə şirkətin potensial tərəfdaş təşkilatlar, müəssisələr, həmçinin dövlət orqanları, media və sair qurumlarla əməkdaşlıqlarının yaranmasını və aparılmasını təşkil etmək, müxtəlif onlayn və oflayn tədbirlərdə şirkəti təmsil etmək;
Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə, o cümlədən vergi qanunvericiliyinə riayət olunmasını təmin etmək;
Lazım gəldikdə Azərbaycan regionlarına və xaricə xidməti ezamiyyətlərə getmək;
Müəyyən olunmuş müddətlərdə Təsisçiyə hesabatlar vermək.        

Requirements :

Namizədə tələblər:
İdarəetmə, iqtisadiyyat, maliyyə, marketinq və sair uyğun sahədə ali təhsil;
Rəhbər vəzifədə azı 3 il iş təcrübəsi, konsultasiya xidmətləri sahəsində əvvəlki təcrübə üstünlükdür;
Azərbaycan və ingilis dillərinə sərbəst yazı və danışıq qabiliyyəti, rus dili arzuolunandır;
Şirkətin fəaliyyətinə aidiyyatı olan dövlətin qanun, qərar, sərəncam, fərman, əmr və digər rəsmi göstərişləri; təsərrüfatçılıq və idarəetmə metodları, müqavilələrin bağlanılması və yerinə yetirilməsi qaydaları; vergi, mülki və əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları barədə əsas biliklər;
MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
Yüksək analitik düşüncə, problemləri həll etmə və qərarvermə bacarığı;
Yüksək peşə hazırlığı və mənəvi-əxlaqi keyfiyyətlər;
Təşəbbüskar, qərar qəbul etmə bacarıqlı, komandanı həvəsləndirmək qabiliyyəti;
Fərdi və komanda şəklində işləmək bacarığı.