Top.Mail.Ru
Aparıcı Mühasib Company
012 -5961868
negotiable
08.11.2021

Job Description

Responsibilities :

Öhdəliklər:
Müəssisəyə məxsus olan mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçotunu təmin etmək;
Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak etmək, inventarizasiya üzrə cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini hesablanmasını həyata keçirmək;
Mal-materialların alışı, yerdəyişməsi, nümayəndəliklərə göndərilməsi və silinməsini mühasibat uçotu standartlarına uyğun şəkildə mal-material uçotunda əks olunmasını təmin etmək;
Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatlarının proqram təminatında əks olunmasını həyata keçirmək;
Debitor və kreditor qalıqlarına nəzarət və periodik olaraq üzləşmələrin aparılması;
Əmək haqqının, məzuniyyət və xəstəlik vərəqəsi üzrə ödənişlərin hesablanması;
Daxilolan e-qaimələrin yoxlanılması, müvafiq şöbələrlə təsdiq edilməsi;
E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək;
Təhtəl hesab, avans hesabatının aparılması və qalıqlara nəzarət etmək.

Requirements :

Tələblər:
Ali təhsil;
Müvafiq vəzifə üzrə 4 ildən az olmayan iş təcrübəsi;
Word, Excel, 1C-8.3 proqramlarını yaxşı səviyyədə bilmək;
Azərbaycan dili (Rus və İngilis dil biliyi arzu olunandır);
Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti.