Job Description
Responsibilities :
Vəzifə öhdəlikləri:
• Satış strategiyasının hazırlanması
• Satış prosesinin təşkili və satış departamentinin idarə olunması
• Bazar araşdırmalarının aparılması, təkliflərin verilməsi
• Satış mütəxəssislərinin təlimatlandırılması, hədəflərin təyin olunması
• Aylıq, rüblük və illik satış hədəflərinə nail olunmasını təmin etmək
• Şirkətin satış həcminin artırılmasına dəstək
• Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması
• Korporativ müştərilərlə əlaqələr quraraq, şirkətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq, onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək
• Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək
• Bazar araşdırması aparılmasında iştirak etmək , müştəri tələbatlarını öyrənmək
• Soyuq zənglər, görüşlər və təqdimatlar həyata keçirməklə satışın təşkili
• Qarşıya qoyulan hədəflərə yönəlik fəaliyyət göstərmək
• Görülən işlərə dair gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə verilməsi
Requirements :
Namizədlərə Tələblər:
• Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali təhsil mütləqdir
• Yaş həddi: 30 - 45
• Təcrübə: minimum 5 il
• Ticarət -idarəetmə - marketinq menecment sahəsində təcrübəsi olmalı
• Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı
• Azərbaycan və Rus dillərini mükəmməl səviyyədə bilməli
• Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı
• Biznes əlaqələrinin etikasını bilməli;
• İşgüzar əlaqələrin qurulması qaydalarını bilməli;
İş barədə məlumat:
• Əmək haqqı: 3000-4000 AZN
• İstirahət günü : Şənbə və Bazar
• İş saatı: 09:00-18:00