Top.Mail.Ru
Aparıcı Hüquq Məsləhətçisi Production Company
012 -5961868
negotiable
12.03.2022

Job Description

Responsibilities :

Vəzifə və Öhdəliklər:

Sazişlər və hüquqi gücə malik və Şirkət üçün hüquq öhdəliklərini yaradan, dəyişən və/və ya ləğv edən digər sənədlərin hazırlanması;
Kontr-aqentlərin qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
Müqavilə sənədlərinin, normativ hüquqi aktların və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin rəhbərliyinə və digər işçilərinə məsləhət və tövsiyyələrin verilməsi və yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından Şirkətin fəaliyyətinə hüquqi nəzarətin həyata keçirilməsi;
Şirkətin təsisçilərinin və Direktorlar Şurasının qərarların və protokolların hazırlanması, saxlanması və icrasına nəzarət edilməsi;
Məhkəmə orqanlarında Şirkətin hüquq və maraqlarını müdafiə edilməsi üçün bütün zəruri hərəkətləri Şirkətin adından həyata keçirilməsi;
Qanunvericilikdəki dəyişiklərin yaxından izlənməsi və qəbul olunan dəyişikliklərlə bağlı Şirkətə müvafiq tövsiyyələrin verilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar

Requirements :

Tələblər:

Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə ali təhsil (bakalavr və magistr dərəcəsi)
Əlaqədar sahə üzrə 7 il iş təcrübəsi
Yerli qanunvericilik,beynəlxalq xüsusi hüquq və müqavilələrin idarə olunması üzrə biliklər
MS office proqramlarından istifadə bacarığı
İnglis dilinin yüksək səviyyədə biliyi

Tələb olunan kompetensiyalar:

Müştəriyönümlülük
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
Bütövlük
Yenilikçilik
Liderlik