Top.Mail.Ru
Marketinq üzrə mütəxəssis Company
012 -5961868
negotiable
16.04.2022

Job Description

Responsibilities :

1. Cəmiyyətin filiallarında təsdiq edilmiş brend qaydalarının düzgün tətbiq olunmasına nəzarət etmək və çatışmazlıqları araşdırıb təkliflər hazırlamaq;
2. Cəmiyyətin filiallarında müştəri xidmətlərinin keyfiyyətini yoxlamaq və müvafiq vəziyyət üzrə Rəhbərliyə hesabat təqdim etmək;
3. Bölgələrdə birbaşa marketinq görüşləri və tədbirləri təşkil etmək;
4. «Outdoor» reklamlara mütəmadi nəzarət etmək və yeni reklam yerlərini araşdırıb təklif etmək;
5. Öncədən təqdim olunan meyarlara əsasən yeni filial ərazilərini axtarışı ilə məşğul olmaq;
6. Məhsulların reklam materiallarının hazırlanmasında iştirak etmək və filiallara göndərilməsini təşkil etmək;
7. Filialların təqdimatı üzrə bölgələrdə reklam xarakterli çəkilişlər aparamaq və ya təşkil etmək;
8. Bölgələrdə müvafiq sorğuların keçirilməsini təşkil etmək;
9. Yeni reklam kampaniyalarını hazırlamaq;
10. Satışın stimullaşdırılması üçün təkliflər hazırlamaq;
11. İtirilmiş Lead-ləri qaytarmaq məqsədilə müştərilərlə əlaqə yaratmaq və müvafiq təhlillər etmək.

Əlavə vəzifələri

1. Daxili prosedurlara və qaydalara uyğun olaraq CRM və digər proqram təminatlarından istifadə etmək, fəaliyyət nəticələrini tələb olunan proqramlarda qeyd etmək;
2. Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat vermək;
3. Təşkilatın daxili nizam–intizam qaydalarına, korporativ və etik davranış normalarına daima riayət etmək;
4. Şirkət məhsulu haqda məlumatlara sahib olmaq və ehtiyac olduğu təqdirdə müraciət edən şəxslərə (potensial müştərilərə) məlumat təqdim etmək.

Məsuliyyətlər:

1. İcra etdiyi işlərin daxili prosedur və qaydalara uyğun olmasına görə məsuliyyət daşımaq;
2. Rəhbərlik tərəfindən tələb olunduğu təqdirdə yeni işçilərə sınaq dövrü müddətində işi öyrənməsi üçün yaxından köməklik göstərmək;
3. Təcrübə mübadiləsi təyin edilmiş işçilərlə iş təcrübəsini bölüşmək;
4. İstifadəsində olan əmlak və digər mal-materiallara dair məsuliyyət daşımaq;
5. Həvalə olunmuş möhür və ştamp iştifadəsinə və saxlanmasına dair məsuliyyət daşımaq;
6. Təşkilatın əmlakının, avadanlıqlarının qorunmasını təmin etmək.


Requirements :

1. Ali təhsil;
2. Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
3. Azərbaycan, rus, ingilis dillərini bilmək;
4. Maliyyə sahəsində biliklər;
5. Tədbir təşkilatçılığı üzrə biliklər;
6. B kateqoriyalı sürücülük vəsiqəsi;
7. Ezamiyyəyə açıq olmaq.