Job Description
Responsibilities :
Əsas vəzifə öhdəlikləri:
• Şirkətin satınalma strategiyasının işlənib hazırlanması, strateji və operativ biznes planlarının hazırlanması;
• Vendor listlərin hazırlanması;
• Satınalma prosedurunun hazırlanması;
• Satınalma proseslərinin təkmilləşdirilməsi;
• Müqavilələrin hazılanması və hazır müqavilələrin nəzarətdə saxlanılması;
• Şirkətin profili üzrə respublikadaxili ve beynəlxalq tenderlərin izlənməsi;
• Satınalma prosedurlarının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun keçirilməsi sahəsində metodiki göstərişlərin verilməsi;
• Tenderin Əsas Şərtlər Toplusunun, kotirovka sorğusunun və təkliflər sorğusunun dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri hazırlanmasında iştirak edilməsi;
• Tender şərtlərinin hüquqi cəhətdən araşdırılması və qiymətləndirilməsi;
• Tender təkliflərinin hazırlanması;
• Tender təklifləri üzrə satınalma planlarının hazırlanması və satınalmanın aparılması;
• Respublikadaxili va xarici bines partnyorlarla yazışmaların aparılması ve biznes əlaqələrin yaradılması;
• Şirkətin əlaqələrini genişləndirmək məqsədilə yerli və xarici təchizatçılar ilə görüşlərin keçirilməsi və danışıqların aparılması;
• Azərbaycanda və xarici ölkələrdə keçirilən müxtəlif biznes tədbirlərdə iştirak etmək və şirkəti təmsil etmək;
• Görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi;
• Dövrü hesabatların hazırlanması və təhlili
• Vəzifə öhdəlikləri ilə bağlı tələb olunan digər işlərin yerinə yetirilməsi
Requirements :
Namizədə dair tələblər:
• Təhsil: ali hüquq
• Peşəkar fəaliyyət üzrə təcrübə;
• Komanda ilə işləmək bacarığı
• Hüquqi nitq və yazışma qabiliyyəti
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• Dil bilikləri – Azərbaycan dili, rus və ingilis dillərini bilənlərə üstünlük verilir
• MS Office proqramlarında işləmək bacarığı
• ERP / CRM sistemindən istifadə qaydaları
• Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktları
• Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququ və öhdəliklərin icrası müddəaları
• Gömrük qanunvericiliyi.;
İş Rejimi:
Həftə içi saat 09:00-18:00
Əmək haqqı 1000 manat + cost saving bonus.