Top.Mail.Ru
Ekspert Auditor / Daxili Audit Departamenti Telecom
012 -5961868
negotiable
16.05.2022

Job Description

Responsibilities :

Əsas öhdəliklər:

Audit qrupuna dəstək göstərmək məqsədilə zəruri məlumat təhlillərini hazırlamaq və Daxili Auditorlar tərəfindən istifadə olunan müvafiq mənbələrdən lazımi məlumatları müəyyənləşdirmək və əldə etmək;
Məlumatla bağlı tələbləri müəyyən etmək və lazımı məlumatlara çıxış əldə etmək üçün Daxili Audit komandalarının üzvləri, İT və Big Data və Təhlillər qrupları ilə birgə çalışmaq;
Daxili Audit qruplarını aparılan təhlillərin nəticələri ilə tanış etmək və təqdim olunan təhlil nəticələrini şərh etmək və təkmilləşdirmək üçün lazımi dəstək/təlim vermək;
Şirkətin Daxili Audit Planına uyğun olaraq vaxtaşırı maliyyə, əməliyyat və İT sahələrində daxili auditlə bağlı layihələr həyata keçirmək,
Müvafiq sahə üzrə aparılan təhlillər zamanı Daxili Audit qrupları ilə əməkdaşlıq etmək;
Aparılan təhlil nəticələri, tövsiyələri və yekunları hazırlamaq və Şirkətin müvafiq rəhbərlərinə təqdim etmək;
Xüsusi təhlillərlə bağlı sorğuları icra etmək;
İri məlumat sistemlərində bütün məlumat axtarışı və yaxud seçimi ilə bağlı işləri icra etmək, biznes proseslərini müstəqil şəkildə təhlil etmək və kənarlaşmaları müəyyənləşdirmək.

Requirements :

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

Təhsil: Ali Təhsil (Riyaziyyat/Statistika/İqtisadiyyat/Kompüter Elmləri/Data Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;
Təcrübə: Data təhlili, audit və ya hər iki sahə üzrə minimum 3-4 illik iş təcrübəsi;
Excel və digər MS Office proqramı üzrə mükəmməl biliklər;
SAP sistemi haqqında biliklər arzu olunandır;
Dil bilikləri: Azərbaycan/Rus/İngilis dilli - Mükəmməl səviyyə, yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Daxili auditlə bağlı müəyyən qədər teoretik biliklərin olması tələb olunur;
Məlumatların əldə edilməsi/emalı, statistik təhlil və avtomatlaşdırma sahələrində statistik proqramlaşdırma dilləri (məsələn, Python/R/SQL) üzrə mükəmməl bilik;
"Standartdan kənar" və daxili proses, prosedur və siyasətlərin təkmilləşdirilməsi üçün təklif olunan tövsiyələrə yaradıcı və konstruktiv düşüncə yanaşmasını tətbiq etmək bacarığı;
Data Təhlili və layihənin idarə edilməsi üsulları və təcrübələri üzrə təkmil biliklər.

Üstünlük verilən Sertifikatlar/Yetkinliklər:

Məlumatların vizuallaşdırılması vasitələri (məsələn, Power BI,Tableau) haqqında biliyə üstünlük verilir;
Yüksək qavrama və analitik təhlil bacarıqları;
Biznes anlayışı;
Vizualizasiya bacarığı;
Məlumatların saxlanması və modelləşdirmə haqqında anlayış;
Maliyyə və əməliyyat auditi təcrübəsi arzu olunandır;
MS Excel ilə birgə MS Access proqramları üzrə biliyə üstünlük verilir;
Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
Nəzarət etmək qabiliyyəti;
Qərarvermə qabiliyyəti;
İşləri yüksək səviyyədə icra etmək bacarığı;
Yekun nəticəyə yönəlmə bacarığı.