Top.Mail.Ru
Fraud və Kredit Risk Nəzarəti Şöbə Rəhbəri Telecom
012-5961868
negotiable
19.05.2022

Job Description

Maliyyə komandasına zəngin idarəetmə təcrübəsi və texnologiya sənayesinin İT və billinq sistemlərindən (telekommunikasiya sahəsinə üstünük verilir, amma bununla məhdudlaşmır) dərin anlayışı olan peşəkar axtarmaqla, gözəl fürsət təklif edirik!

Responsibilities :

Əsas Funksiya:
Fraud və Gəlirlərin Təminatı üzrə Söbə Rəhbəri olaraq, Siz güclü peşəkarlardan ibarət komandanı idarə edəcək və mühüm proses və nəzarət mexanizmlərinin inkişaf etdirilməsi və qorunub saxlanılması ilə yanaşı, dələduzluqla mübarizə və gəlirlərin təminatı ilə bağlı görülən işlərin ümumi şirkət siyasətinə uyğun təşkil olunmasından cavabdeh olacaqsınız. Sizdən təkmilləşdirilməsi vacid olan daxili nəzarət sistemimizdən və sənayenin standartlarına cavab verən İT həlləri və digər vasitələrdən istifadə etməklə işinizdə risklərin qiymətləndirilməsinə əsaslanan yanaşma tətbiq etməniz gözlənilir. Fərqli departamentlərdən olan həmkarlarla daim qarşılıqlı əməkdaşlıq tələb edən dinamik bir mühitdə özünüzü rahat hiss etməyi bacarmanız vacibdir.

Dələduzluq hallarının qarşısının alınması və məruzə edilməsi telekommunikasiya sahəsində mövcud risklərdən daim xəbərdar olmağı tələb edir və Sizdən də bu istiqamətdə daima öndə olmaq gözlənilir. Gəlirlərin Təminatı Maliyyə və Texnologiya sahələri arasında mühüm əlaqə rolunu oynayır və Siz maliyyə itkiləri riskini minimuma endirmək üçün bütün gəlir axınları üzrə adekvat nəzarət və yoxlamaların təmin edilməsindən məsuliyyət daşıyacaqsınız. Bu iş şirkət üzrə gəlirlərin formalaşması proseslərini və fərqli rəqəmsal sistemlərdən billinq və maliyyə hesabatları bazalarına məlumat ötürülməsi axınının aydın şəkildə başa düşülməsini tələb edir. Siz və komandanız iş prosesləri və hesabatların hazırlanması və təkmilləşdirilməsi, hesabat sistemlərinə nəzarəti və tapşırıqların icrasının avtomatlaşdırılmasını təmin edəcəksiniz. Rəqəmsallaşdırma və sistemlərin sadələşdirilməsi vəzifənin mühüm bir hissəsidir.

Əsas öhdəliklər:
Dələduzluq halları və Gəlirlərin Təminatı üzrə daxili hesabat sistemləri və proseslərin saxlanılması və inkişaf etdirilməsini təmin etmək;
Ən üstün proses, nəzarət mexanizmləri və vasitələri ilə dələduzluq hallarının qarşısını almaq;
Dələduzluq hallarının aşkarlanması və qarşısının alınması üzrə məlumatların toplanması, təhlili və yeni üsulların tətbiqini təmin etmək;
Kredit nəzarəti; dələduzluq, sui-istifadə, saxtakarlıq hallarına qarşı tədbirlərin, təhlil və araşdırmaların təşkilinə və koordinasiyanın düzgün aparılmasına nəzarət etmək;
Dələduzluq halları hesabatlarını təqdim etmək;
Gəlirlərin Təminatı prosesləri və nəzarət mexanizmlərini inkişaf etdirmək;
Gəlirlərin Təminatı üzrə texniki sistemlər və nəzarət mexanizmləri tətbiq etmək;
Yeni məhsul istifadəyə verildikdə və ya dəyər zəncirində gəlirlər dəyişildikdə Gəlirlərin Təminatı baxımından qiymətləndirmə və auditlər təşkil etmək;
Gəlirlərin Təminatı hesabatlarını təqdim etmək;
Şöbə daxilində işlərin düzgün bölüşdürülməsi və iş həcminə uyğun iş qrafiklərinin tərtib olunması və işçilərin qrafikə uyğun işləmələrinə nəzarət etmək;
Digər şöbələrdən daxil olan müraciət və şikayətlərə vaxtında reaksiya verilməsinə və lazımi qaydada icra olunmasına nəzarət etmək;
Komandanı idarə etmək.

Requirements :

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
Təhsil: Maliyyə, Risklərin idarə edilməsi, Biznesin idarə edilməsi, İqtisadiyyat; və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi (magistr dərəcəsinə üstünlük verilir);
Təcrübə: Dələduzluq hallarının aşkarlanması və qarşısının alınması, dələduzluq hallarının araşdırılması və təhlili, risklərin idarə edilməsi sahəsində minimum 3 illik iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan və İngilis dilləri - mükəmməl səviyyə, Rus dili - yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Biliklər:
Dələduzluqla mübarizə və İT sahələrindən təcrübə ilə möhkəmlənmiş Maliyyə axınları və hesabatlar üzrə yüksək biliklər;
Mükəmməl MS Excel bilikləri;
Bacarıqlar:
Analitik, məntiqi düşüncə tərzi və düzgün qərarlar qəbul etmək;
Tam dəqiqliklə təfərrüatlara davamlı diqqət yetirmək;
Düzgün istiqamət seçmək və mühüm proses və reqlamentlərə ciddi əməl etmək;
Cəld reaksiya vermək;
Problemləri həll etmək;
Nəzarəti təmin etmək;
Komandada çalışmaq;
Güclü icraetmə.

Üstünlük verilən Sertifikatlar/Yetkinliklər:
Risk, Maliyyə Cinayətləri, Komplayens və ya Fraud üzrə peşəkar sertifikatlar (ACAMS, CISA, CISM, CRISC, CFE);
İT, Telekommunikasiya ixtisası və ya Fraud üzrə sertifikatlaşma;
“SAP Business Objects” bilikləri;
Hesabatlarla iş təcrübəsi.