Top.Mail.Ru
Satış meneceri Company
012 -5961868
negotiable
22.07.2022

Job Description

Responsibilities :

Vəzifə öhdəlikləri: Korporativ Satış menecerin əsas vəzifəsi şirkətin müştəri bazasının genişləndirilməsidir. Yeni korporativ müştərilərin generasiyası, potensial müştərilərin əməkdaşlığa cəlb edilməsi, müqavilələrin bağlanması və qazanılmış yeni müştərilərin satış şöbəsi ilə əlaqələndirilməsi KST vəzifəsini icra edəcək əməkdaşın ilkin öhdəliklərinə daxildir. 
 
Vəzifə öhdəliklərinin detallı təsviri: 
 
Korporativ müştəri sayının artırılması üçün şirkətin satış strategiyasının hazırlanmasında iştirak etmək və potensial müştərilərin cəlb edilməsi üçün effektiv təkliflər təqdim etmək    
Soyuq zənglər, emaillar, sosial media və s. vasitəsilə potensial müştərilərlə əlaqə yaratmaq  və reklamlarımız vasitəsilə daxil olmuş sorğulara cavab vermək
Müştərilərin potensial ehtiyaclarını aşkarlamaq və onların maraqlarına uyğun təkliflər təqdim etmək üçün müştərilərlə münasibət qurmaq  
Ehtiyacları müəyyən edilmiş potensial müştərilərlə yüksək səviyyəli görüşlər təşkil etmək və şirkəti bu görüşlərdə təqdim etmək; lazım gəldiyi təqdirdə, hər iki tərəfin rəhbərliyinin iştirak edəcəyi fərdi görüşlər təşkil etmək 
Əməkdaşlığa maraq göstərmiş, lakin tam başlamamış potensial müştərilərlə daim ünsiyyətdə olmaq 
Əməkdaşlığa başlamış müştərilərlə ilkin danışıqları yekunlaşdırmaq, müqavilə imzalamaq və yeni müştərini təyin edilmiş satış əməkdaşı ilə əlaqələndirmək 
Müştəri məmnuniyyəti, loyallığı və əməkdaşlığın davamlılığını təmin etmək üçün təyin edilmiş müddət ərzində zənglər, emaillar və görüşlər vasitəsilə yeni müştərilərlə daim ünsiyyətdə olmaq və lazım gəldikdə ortaya çıxan problemləri həll etmək. 

Requirements :

İŞƏ DAİR TƏLƏBLƏR:
 
Satış, marketinq, biznesin inkişafı və oxşar sahələrdə bakalavr təhsili 
Korporativ satış və/və ya marketinq sahəsində minimum 3 illik iş təcrübəsi
Yüksək səviyyəli şifahi və yazılı ünsiyyət bacarığı, komanda işi və müştəri xidməti bacarıqları 
Vaxtın idarə edilməsi və analitik düşüncə qabiliyyəti 
Telefon etiketi, kompüter bilikləri və təqdimat bacarıqları 
Strateji və taktiki düşünmə qabiliyyəti. Problemləri effektiv həll etmə bacarığı 
Danışıqların aparılması və inandırma bacarığı
Riyazi düşüncə qabiliyyəti
İngilis və rus dillərində yazı və danışıq qabiliyyətinin olması üstünlükdür 
ƏMƏK HAQQI:
Aylıq maaş 
KPİ əsaslı rüblük bonuslar (satış və digər göstəricilərə uyğun hesablanmış) 
Telefon xərcləri
DİGƏR ŞƏRTLƏR:
İş günləri: Bazar ertəsi-Cümə 09:00-18:00, Şənbə 10:00-15:00. Bazar günləri və bayram günləri qeyri-iş günləridir 
21 günlük ödənişli əmək məzuniyyəti. Əmək məzuniyyəti işçi işə başlayandan 6 ay sonra verilir. 
Nahar təminatı