Top.Mail.Ru
İnsan Resursları üzrə Menecer Production Company
012 -5961868
negotiable
17.06.2022

Job Description

Responsibilities :

Məsuliyyət və vəzifələr:
İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi; 
Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
Müntəzəm olaraq şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasının təmin edilməsi;
İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
Kadr bazasının yaradılması və idarə edilməsi, işçilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması; 
Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət; 
İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.

Requirements :

Tələblər:
Menecment, psixologiya və ya insan resursları sahəsində ali təhsil;
AR Əmək qanunvericiliyi bilikləri;
İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
İşəqəbul prosesinin əsas qaydaları haqqında biliklər;
Azərbaycan, rus, ingilis  dillərini bilmək (rus və ingilis arzuolunandı)
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Qeyd olunan sahədə 1-3 il əmək stajı
Fərdi keyfiyyətlər:  
Düzgün şifahi nitq və ünsiyyət qurma qabiliyyəti
Diqqətlilik
Məsuliyyət hissi
Kommunikabellik
İdarəçilik
Səliqəlilik
Geniş dünya görüşü
Məşğulluq:
Tam
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək
Şənbə-bazar istirahət günləri.