Top.Mail.Ru
Məlumat Bazası Hesabatları üzrə Tərtibatçı Financial Organization
012 -5961868
negotiable
10.10.2022

Job Description


Responsibilities :

Rol haqqında
Məlumat Bazası Hesabatları üzrə Tərtibatçı Prudensial və Əməliyyat hesabatlarının yaradılmasına məsuliyyət daşıyır.

Vəzifənin əsas öhdəlikləri hansılardır?
Analitik və əməliyyat hesabatları üçün istifadəçi tələblərinin  toplanması, texniki spekifikasiyaların (təfsilatların) hazırlanması  
İstifadəçilərin tələblərinə cavab verən hesabatların tərtib olunması
Hesabat məlumatlarının reallığının yoxlanılması
Qərarvermə prosesini dəstəkləmək üçün tam və mükəmməl hesabat toplusunun yaradılması 
Məlumat Bazası Hesabatları Anbarının (Database Reporting Warehouse) planlaşdırılması və yaradılması.
Mütəmadi istiqamətləndirmə, problematik məsələlərin həllinə dəstək və istifadəçilərin MİS hesabatları ilə bağlı sual və müraciətlərinə cavab verilməsi 
Lazım olduqda Şirkət istifadəçilərinin təlimlə təmin olunması (plana və qrafikə müvafiq şəkildə)
MİS hesabatlarının nəticələrinin analizi və onların səmərəliliyin artırılması üçün təkliflərin irəli sürülməsi 

Requirements :

Təhsil və təcrübə:
İnformasiya Texnologiyaları sahəsində ali təhsil.
Müvafiq sahə üzrə ən az 2 il təcrübə.
Məlumat bazasının idarə olunması və proqramlaşdırılması üzrə istənilən şəhadətnamə üstünlük sayılır 
Bacarıqlar:
T-SQL,PL-SQL üzrə dərin bilik, mürəkkəb sorğular yazmaq və optimallaşdırmaq bacarığı;
SQL Server 2000/2005,Oracle 10 g proqramlaşdırması və idarə olunması üzrə dərin bilik, views, triggers, stored prosedurasının yaradılmasına dair praktik təcrübə;
Proqram yazmaq üzrə təcrübə, VB, VBA, Vb.net, C++,C#, Delphi proqramlaşdırma dillərindən heç olmasa birində praktiki təcrübə;
Hesabat sistemlərinə dair praktik təcrübə (Excel, Access, Crystal Report, Reporting Services)
Şəbəkə, Active Directory, TCP/IP üzrə ümumi biliklər;
Maliyyə, mühasibatlıq, bank əməliyyatları və mikromaliyyə üzrə ümumi biliklər;
Azərbaycan və rus dillərində sərbəst danışmaq və yazmaq, texniki ingilis dili.