Job Description
Rolun məqsədi:
Maliyyə hesabatlığının təmin edilməsi
Responsibilities :
• İFRS və daxili siyasətlərə uyğun olaraq aylıq maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Mühasibat uçotunda əks olunmuş əməliyyatların aylıq monitorinqi və təhlili;
• Nağd vəsait dövriyyəsi proqnozlarının hazırlanması, nağd vəsaitlər üzə digər tələb olunan hesabatların hazırlanması;
• Şirkətin illik büdcəsinin hazırlanmasında iştirak etmək;
• Debitor, kreditor borcları və avanslar üzrə yaşlanma cədvəllərinin hazırlanması;
• Aylıq büdcə-fakt analizinin aparılması;
• Audit tərəfindən aşkarlanan səhvlərin aradan qaldırılması üzrə işlər;
• Birbaşa rəhbər və ya şirkət rəhbərliyi tərəfindən tələb olunan digər analitik hesabatların hazırlanması
Requirements :
Tələb olunan Təhsil və Təcrübə:
- tələb olunan təhsil dərəcəsi: Ali (Maliyyə, İqtisadiyyat)
- müvafiq sahədə iş təcrübəsi: Maliyyə Nəzarəti, Audit, Hesabatlılıq sahəsi üzrə minimum 1-2 il
- tələb olunan və ya üstünlük verilən sənaye sektoru: İstehsalat
Tələb olunan Bilik, Bacarıq və Davranışlar (Kompetensiyalar):
vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün xüsusui səriştələr və bacarıqları qeyd edin: Analitik düşünmə, dəqiqlik, məsuliyyətlilik, vaxt idarəetmə (planlaşdırma / prioritetləşdirmə), güclü problem həll etmə və komanda da işləmək qabiliyyətləri
- tələb olunan texniki bilik və bacarıqları qeyd edin: Excell, 1C (ERP)
- təlim/sertifikatlar qeyd edin (tələb olunduqda): ACCA F3, F7 / CIMA BA / CFA Level 1
- dil(lər) bilikləri qeyd edin (tələb olunduqda):Azərbyacan dili, ingilis dili, rus dili (üstünlükdür)
• Daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət edir;
• Daim Cəmiyyətin mənafeyini və imicini qoruyur;
• Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi göstəriş və tapşırıqlarını vaxtında və tam icra edir.
• Verilmiş səlahiyətlər çərçivəsində həvalə edilmiş vəzifələrin icrası zamanı Cəmiyyətə vurduğu ziyana, eyni zamanda məxfi məlumatların yayılmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarının tələblərinə müvafiq olaraq məsuliyyət daşıyır.