Top.Mail.Ru
Aparıcı mühasib Business Center
012 -5961868
1500-2000 AZN
19.01.2023

Job Description

Responsibilities :

Vəzifə və öhdəliklər:
- Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunun aparılmasına nəzarət;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsinə nəzarət;
- Aylıq,rüblük,illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Maliyyə hesabatlarının beynəlxalq standartlara əsasən hazırlanmasında iştirak (Profit and loss statement, cash flow statement, balance sheet and etc);
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;

Requirements :

Tələblər:
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; 
- Office proqramlarında, əsasən excel-də yüksək səviyyədə işləmə bacarığı;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı;
- Dil biliyi: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili və ya İngilis dili biliklərinin olması arzuolunandır;
- E-taxes.gov.az, stat.gov.az portallarından yaxşı istifadə etmək bacarığı;
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti;
- Məlumatların məxfiliyinin qoruyub saxlama bacarığı;

Digər bacarıqlar:
- Mükəmməl şifahi və yazılı ünsiyyət;
- Məntiqi və analitik düşüncə;
- Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.
- Təqdimat bacarıqları;
- Komanda daxilində işləmək bacarığı;
- Stresə davamlılıq;
- Məqsədyönlülük;
- Emosional stabillik və məsuliyyətlilik;