Top.Mail.Ru
Group HR Manager HoReCA
012 -5961868
negotiable
05.04.2023

Job Description

Responsibilities :

Vəzifə:
İnsan resurslarının idarə olunması üzrə Müəssisənin siyasətini hazırlayır, rəhbərliyə təqdim edir;
Şirkət daxilində yaranan işçi ehtiyaclarının vaxtında və effektiv qarşılanmasının təmin olunması;
Müntəzəm olaraq şirkətin bütün struktur bölmələrində iş analizlərinin aparılmasını təmin etmək;
Müntəzəm olaraq əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
İnsan resursları şöbəsinin keçirdiyi sorğulara və fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması;
İnsan resursları sisteminin inkişaf prosesinə nəzarət, potensial risklərin müəyyən edilməsi və aradan qaldırılması;
İnsan resurslarının idarə olunması üzrə korporativ idarəetmə sisteminin, o cümlədən kadr planlaşdırılması, işə qəbul və işdən azad etmə; işçilərin tədris ehtiyaclarının öyrənilməsi və ödənilməsi; baza əmək haqqı və ona əlavələrin, işçilərin profillərinin müəyyən edilməsi, motivasiya və qiymətləndirmə, karyera planlaşması, rotasiya və korporativ etika sistemlərinin layihələrini hazırlayır və rəhbərliyə təqdim edir, müvafiq təsdiqdən sonra bu sistemlərin qurulmasını təmin edir və onları təkmilləşdirir;
Departamentin işinin perspektiv və cari planlarını işləyib hazırlayır, bu planların yerinə yetirilməsinə nəzarəti həyata keçirir, habelə Departamentin rüblük, yarımillik və illik işini təhlil edir, iş barədə müəyyən olunmuş qaydada rəhbərliyə hesabat təqdim edir;
Vəzifə təlimatlarını, vəzifələrin biliklərini və təcrübə meyarlarını yeniləyir;
Bütün şöbələrin strukturlarını yeniləyir;
İşə qəbul prosesinin təsdiqlənmiş şöbə strukturuna və işçi sayına əsasən həyata keçirilməsini təmin edir;
İR funksiyalarının Qiymətləndirmə Sisteminə uyğunluğunu təmin edir və tələb olunan dəyişikliklər barədə rəhbərliyi məlumatlandırır;
İnsan Resursları sahəsində müxtəlif cari və birdəfəlik layihələr və proqramlar həyata keçirir;
Kadrlar axını, əmək haqqı sorğusu, işçi analitikası və kadrların işdə saxlanılması hesabatlarını təqdim edir;
İnsan resursları heyəti üçün kouçinq və təlimlər keçirir və onların gələcək inkişafını təmin edir;
İR proseslərini tendensiyalara və tələblərə uyğunluğunu nəzərdən keçirir və təkmilləşdirir;
Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və dövlət orqanlarına təqdim olunması;
İR-nın məsuliyyəti çərçivəsində olan bütün rəsmi/qanuni tələblərə uyğunluğu təmin etmək;
İR ilə bağlı proqram təminatının təkmilləşdirilməsi və idarə edliməsini təmin etmək.

Requirements :

Təhsil:
• İnsan Resurslarının İdarə edilməsi, Biznesin İdarə edilməsi və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi
• İnsan Resurslarının İdarə edilməsi və İnkişafı üzrə müvafiq sertifikatlar

Təcrübə:
• İR sahəsində 5-7 il iş təcrübəsi
• Rəhbər vəzifəsində ən az 3 il iş təcrübəsi

Professional biliklər:
• İnsan resurslarını İdarə olunması
• İR Administrasiyası
• İşə qəbul və İşçi seçimi
• Performansın İdarə olunması
• Təlim və İnkişaf
• Əmək Məcəlləsi
• Səlis Rus və İngilis dili biliyi
• MS Office proqramları

İş şəraiti:

• AR ƏM uyğun qeydiyyata almaq;
• İş qrafiki: 9 saat ;
• Nahar şirkət tərəfindən təmin olunur.