Job Description
Responsibilities :
Vəzifə öhdəlikləri:
• Aylıq, rüblük, illik maliyyə hesabatlarının (Maliyyə Vəziyyəti Haqqında Hesabat, Mənfəət/Zərər Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti Haqqında Hesabat) hazırlanması;
• Şirkət rəhbərliyinə, habelə digər struktur bölmələrə aylıq, rüblük və.s hesabatların daxili qaydalarla razılaşdırılmış müddətdə hazırlanması;
• Rəhbərlik və digər strukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;
• Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunun və düzgünlüyünün təmin edilməsində iştirak;
• Maliyyə hesabatlılığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərini aparılmasında iştirak;
• Likvidlik, investisiya portfeli, gəlirlilik, üçüncü tərəflər və yeni investisiyalar üzrə təhlili vasitəsilə investisiya qərarlarına dəstək;
• Büdcələmə və planlama prosesində iştirak və büdcənin icrasına aylıq nəzarət;
• Xərcləri nəzarətdə saxlamaq məqsədilə müxtəlif alətlər və yoxlama vasitələrinin tətbiq edilməsi və vaxtaşırı nəzarətin həyata keçirilməsi;
• Kənar audit yoxlama prosesində iştirak və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi;
• Görülmüş işlər haqqında müvafiq hesabatların hazırlanması.
Requirements :
Tələb olunun biliklər:
• İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil;
• Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə/planlama üzrə 3-5 il iş təcrübəsi;
• MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Yaxşı səviyyədə ingilis dili biliyi;
• CPA, CIMA, ACCA, CFA sertifikatları (və yaxud təhsili) üstünlükdür;
• Təqdimetmə bacarığı, analitik məntiqi düşünmə tərzi, komandada işləmək qabiliyyəti.