Top.Mail.Ru
Beynəlxalq satış üzrə mütəxəssis Production
012-5961868
negotiable
02.03.2023

Job Description


Responsibilities :

Vəzifə öhdəlikləri:
Şirkətin stratejik hədəflərinə uyğun olaraq xarici bazarların araşdırılması;
Xarici ticarət əlaqələrin qurulması və inkişaf etdirilməsi üzrə təkliflərin hazırlanması;
Mövcud partnyorlar və müştərilərlə ticarət əlaqələrinin qorunması və inkişaf etdirilməsi;
Potensial partnyorlar və müştərilərin tapılması və ilkin əlaqələrin yaradılması;
İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq;
İxrac əməliyyatları üzrə şirkətin maraqları çərçivəsində partnyorlar və müştərilər üçün uyğun qiymət siyasətinin müəyyənləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin təqdim edilməsi;
Ticarətin maliyyələşməsi istiqamətində ödəniş şərtləri ilə bağlı danışıqların aparılması;
İxrac əməliyyatları, xidmətlər üzrə müqavilələrin hazırlanması prosesini - şərtlərin müəyyənləşdirilməsindən son imzaya qədər təqib etmək;
İxrac əməliyyatları üzrə müvafiq sənədləşmələrin vaxtlı vaxtında təmin edilməsi;
İxrac ediləcək malların müştərinin ehtiyacları çərçivəsində ixraca hazır qablaşdırılmasını təmin etmək;
Nəqliyyatın planlaşdırılması, nəqliyyat dəyərinin hesablanması və sifarişi;
Gömrük brokeri ilə işgüzar əlaqələrin qurulması;
Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və prosesi koordinasiya etmək;
İxrac əməliyyatları üzrə təmin edilən sənədlərin düzgünlüyünün yoxlanılması;
İxrac əməliyyatları üzrə ödənişlərin təqib edilməsi və ödənişlərin müvafiq bəyannamə üzrə bağlanılmasını maliyyə komandası ilə koordinasiya etmək;
İxrac üzrə satış planının yerinə yetirilməsi;
Statistik hesabatların və satışın artırılması istiqamətində partnyor və müştərilər üçün təqdimatların tərtib edilməsi;
Şirkəti yerli və xarici tədbirlərdə, sərgilərdə təmsil etmək.

Requirements :

Tələb olunan Təhsil və Təcrübə:
- tələb olunan təhsil dərəcəsi: Ali
- müvafiq sahədə iş təcrübəsi: 3 - 5 il 
- tələb olunan və ya üstünlük verilən sənaye sektoru: Topdan satış, qida məhsullarının ixracı üzrə
Tələb olunan Bilik, Bacarıq və Davranışlar (Kompetensiyalar):
- vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün xüsusi səriştələr və bacarıqları qeyd edin: Güclü mühakimə və qərar vermə bacarıqları, danışıqların aparılması və inandırıcılıq qabiliyyəti,  komanda ilə işləmə bacarığı, analitik düşünmə, təşəbbüskarlıq, yeniliklərə açıq olmaq
- tələb olunan texniki bilik və bacarıqları qeyd edin: Vergi Məcəlləsi və Gömrük Məcəlləsi üzrə biliklər, ixrac əməliyyatları, Incoterms üzrə biliklər,  MS Office proqramlarında sərbəst işləmək bacarığı
- təlim/sertifikatlar qeyd edin (tələb olunduqda): N/A
dil(lər) bilikləri qeyd edin (tələb olunduqda): Azərbaycan dili, Rus dili, İngilis dili, əlavə xarici dil bilikləri üstünlükdür