Top.Mail.Ru
Əmək münasibətləri üzrə qrup rəhbəri Retail Company
012 -5961868
negotiable
03.03.2023

Job Description

Responsibilities :

Şirkətin insan resursları ilə bağlı bütün əməliyyat və sənədləşmə proseslərini idarə etmək və nəzarət etmək;
Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsi, əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi, başqa işə keçirmə, başqa işçinin əmək funksiyasının icrası, işçinin işdən kənar edilməsi,  mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi və əmək şəraiti şərtlərinin (əlavələrin) dəyişdirilməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
Əmək müqaviləsinin İşəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətli əmək müqaviləsinə xitam verilməsi və yaxud müddətinin uzadılması, tərəflərdən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsi və əmək müqaviləsinə  (işçilərin ixtisarı) xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təşkil və təmin etmək;
İşçilərə arayışların və xasiyyətnamənin hazırlanması və verilməsini təşkil və təmin etmək; 
Elektron Hökumət Portalında kadr kargüzarlığına aid bütün növ əməliyyatların daxil olunmasını və dəyişikliklərin aparılmasını təşkil və təmin etmək;
Əməyin ödənilməsi normalarının - əmək haqqı (və yaxud orta əmək haqqı), əmək haqqının minimum məbləği, əməyin ödənilməsi sistemi və növləri, peşələr (vəzifələr) əvəz edildikə əməyin ödənilməsi, müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi, əvəzçilik üzrə əmək haqqının ödənilməsi,  istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə, iş vaxtından artıq vaxtda görülən işə görə, gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əməkhaqqının ödənilməsi, natamam iş vaxtında əməyin ödənilməsini, boşdayanma vaxtı əməyin ödənilməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
İşçilərin haqq-hesab sənədləri, əmək haqqının verilmə yeri, forması, əmək haqqından tutulmalara yol verilən hallar və onların icrası qaydası, əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması və qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin tənzimlənməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
Əmək və icra intizamının təmin edilməsi, əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin  tənzimlənməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
Kadr kargüzarlığına aid yuxarıda qeyd olunan əməliyyatların növündən asılı olmayaraq 1C. ; Uyumsoft, Daily attendance və digər daxili əməliyyat proqramlarına məlumatların daxil edilməsini daim yoxlamaq və işlərə nəzarət etmək;
Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarında istifadənin tənzimlənməsinin sənədləşdirilməsini təşkil və təmin etmək;
Sənədləşmə və əməliyyat prosesləri haqqında Departament Direktoruna aylıq, rüblük və illik hesabatları təqdim etmək;
İşçilərin şəxsi işlərini formalaşdırılması və dəyişikliklərin hesabatının aparılmasını təmin etmək;
İllik məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi proseslərini və verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkil etmək;
Baş verən fors major hadisələr barədə rəhbərinə məlumat vermək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında yerinə yetirmək.   
Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət etmək.

Requirements :

Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
İş mühitinə uyğunlaşmaq, kollektivlə birgə işləmək;
Vəzifədən irəli gələn təlimatları, prosedurları yerinə yetirmək;
Loyallıq və şirkət qaydalarına riayət etmək;
Stresə davamlı olmaq;
İnkişafa meylli olmaq;
Təşəbbüskar olmaq;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.