Top.Mail.Ru
İnzibati işlər üzrə Mütəxəssis Company
012 -5961868
negotiable
01.06.2023

Job Description

Responsibilities :

Vəzifənin əsas öhdəlikləri:
- Qəbul edilmiş prosedurlara uyğun olaraq, şirkətə gələn qonaqların lazımi qaydada qəbul olunması və nəzarətini təyin etmək
- Tələb olunduqda, Şirkətin ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üçün logistik işlərin təşkilini həyata keçirmək;
- Ofisə gələn şəxsləri və ya zəngləri qəbul etmək və onların sorğularını cavablandırmaq və ya ehtiyaclarına uyğun olaraq müvafiq şəxslərə yönləndirməyi təmin etmək, məktubları qəbul etmək, qeydiyyata almaq və qovluğa tikmək
- Komputerdən və ya elektron poçtdan istifadə etməklə məlumat və ya sənədlərin tələb olunan ünvanlara/şəxslərə göndərilməsini təmin etmək;
- Ofisin inventarlarını Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə saxlamaq
- Davamlı olaraq işlək vəziyyətdə olmasını təmin etməklə bütün ümumi istifadə olunan ofis avadanlığının qoruyub saxlamaq
- Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və tərtib edilmiş təhlükəsizlik protokollarına əməl edilməsini təmin etmək.
- Ofisin kommunal ödənişlərini icra etmək və bu müqavilələr üzrə ofis sahibi ilə koordinasiya işləri aparmaq
- Ofisin digər işçiləri ilə əlaqəli işləyərək yaranmaış inzibati işlərlə bağlı məsələlərin və problemlərin həllinə dəstək göstərmək.
- Lazım olduqda, Şirkətin alqı prosedurasını həyata keçirmək.
- Təşkilati tədbirlərin həyata keçirilməsində məsul şəxs olaraq aktiv koordinasiya işlərini icra edə bilmək.
- Şirkətin köməkçi heyətinin fəaliyyətinə və davamiyyətinə nəzarət etmək.
- Sənədlərin vaxtında, düzgün və səmərəli hazırlanmasına və idarə olunmasına cavabdehlik
- Texniki qruplar, layihələr və ya şöbələr tərəfindən hazırlanmış həm elektron, həm də kağız nüsxə sənədlərinin nömrələnməsinə, çeşidlənməsinə, verilməsinə, saxlanmasına və axtarışına nəzarət edir.
                                                                                    

Requirements :

Namizəddən gözləntilərimiz:
•     Təhsil: Ali təhsil
•     Dil bilikləri:  Azərbaycan, rus və ingilis dillərinin yüksək səviyyədə biliyi
•     İT bilikləri:   MS Office proqramlarının yüksək səviyyədə biliyi;
•     İş təcrübəsi:   Uyğun sahələrdə ən azı 2 (iki) il iş təcrübəsinin olması mütləqdir
•     Digər:
-        Xidmət yönümlü – Aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
-        Yüksək şifahi ünsiyyət- məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq bacarığı
-        Əlaqələndirmə - fəaliyyətləri digərlərinin fəaliyyətləri ilə uyğunlaşdırmaq
-        Ofis daxili şəxslərarası ünsiyyəti qurmaq və qoruyub saxlamaq
-        İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirəmək