Top.Mail.Ru
Təhlükəsizlik Arxitekturası üzrə aparıcı mütəxəssisi Telecom
012 -5961868
negotiable
27.06.2023

Job Description

Responsibilities :

Əsas vəzifə öhdəlikləri: 
Şirkətin sistemlərinin və məlumatlarının qorunmasını təmin etmək üçün mövcud təhlükəsizlik texnologiyalarını, alətlərini və tədbirlərini nəzərdən keçirmək və təkmilləşdirmələri tövsiyə etmək.
Kiberhücumlardan, icazəsiz girişdən və digər təhlükəsizlik təhdidlərindən qorunmaq üçün vasitə və həllərin dizayn edilməsi.
Müxtəlif  layihələr üçün davamlı təhlükəsizlik arxitekturasının  nəzərdən keçirilməsi və dizayn edilməsi.
Potensial zəiflikləri və riskləri müəyyən etmək üçün təhlükəsizlik qiymətləndirmələri və auditlərin aparılması.
Təşkilatın təhlükəsizlik tədbirlərinin effektiv qalmasını təmin etmək üçün kiber-sahədəki tendensiyalardan , ən yaxşı təcrübələrdən (Best Practice) və yeni təhdidlərdən xəbərdar olmaq.
Təhlükəsizlik sistemləri və alətlərinin test edilməsi (PoC), layihələndirilməsi, qurulması və təhvil verilməsi.
Təhlükəsizlik Sistemlərində ( SIEM, WAF, PAM, EDR, XDR, IPS/IDS və s.) optimizasiyası və təkmilləşdirilməsi.  

Requirements :

Tələb olunan təcrübə, bilik və bacarıqlar:
Təhsil: 

Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;
Dil bilikləri: 
Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir
İş Təcrübəsi: 
Kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsi üzrə minimum 3 il;
Sistem (Windows, Linux) və ya Şəbəkə inzibatçılığı;
Təhlükəsizlik Sistemləri ( SIEM, WAF, PAM, EDR, XDR, IPS/IDS və s.)
Arzu olunan Bacarıqlar:
Kibertəhlükəsizlik sahəsində istifadə olunan “best practice”-lər, təhlükəsizlik texnologiyaları və NIST, ISO kimi təhlükəsizlik standartlarını bilməli.
Müxtəlif mühitlərdə təhlükəsizlik nəzarət və tədbirlərinin dizaynı və həyata keçirilməsi üzrə təcrübə.
Risklərin idarəedilməsi prinsipləri haqqında biliklər.
Stakeholder-lərlə səmərəli əməkdaşlıq etmək üçün güclü kommunikasiya bacarıqları
Mürəkkəb təhlükəsizlik problemlərini analiz edə bilərək effektiv həllər təqdim etmək bacarığı
Cloud və Virtualization texnologiyaları ilə təcrübə
GDPR, SOX kimi uyğunluq təlimatları barədə məlumatlı olmaq
Layihə idarəetmə bacarıqları
Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
Qərarvermə, analitik təhlil və yekun nəticəyə yönəlmə bacarığı;
Peşəkar Sertifikatlara üstünlük verilir (CCNA, RHCSA, Comptia Security+, CySA+, CASP, CİSSP, CİSM və s.);