Top.Mail.Ru
İnformasiya Təhlükəsizliyi üzrə ekspert Telecom
012 -5961868
negotiable
05.07.2023

Job Description

Responsibilities :

Əsas öhdəliklər:

Şirkətin İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin və müvafiq nəzarət mexanizmlərinin beynəlxalq standartların tələblərinə və qabaqcıl təcrübələrə uyğun qurulması və saxlanılmasına dəstək;
Yeni layihələrdə informasiya təhlükəsizliyi tələblərinin nəzərə alınmasını təmin etmək məqsədilə rəylərin və həllərin verilməsi;
3-cü tərəflərlə münasibətlərdə İnformasiya Təhlükəsizliyi tələblərinin nəzərə alınmasının təmini, tərəfdaş və vendorların informasiya təhlükəsizliyi üzrə öhtəliklərinin müəyyən edilməsi və yoxlanılması;
Daxil olan istəklər əsasında Informasiya Təhlükəsizlik qaydalarına uyğun olaraq müvafiq həllərin verilməsi;
İT və İnformasiya təhlükəsizliyi risklərinin müəyyənləşdirilməsi istiqamətində aparılan işlərə dəstək;
İnformasiya təhlükəsizliyinə aid normativ sənədlərin mütəmadi olaraq nəzərdən keçirilməsi, yenilənməsinə dəstək;
Şöbənin fəaliyyəti çərçivəsində digər işlərin həyata keçirilməsinə dəstək.

Requirements :

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:


Təhsil: 

İnformasiya Təhlükəsizliyi və ya İnformasiya Texnologiyaları/Kibernetika/Kompüter Elmləri ixtisaslarına üstünlük veriləcək.
Dil bilikləri: 

Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
Rus dili - yaxşı səviyyədə.
İş Təcrübəsi və Tələb Olunan Bilik: 

İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya digər əlaqəli sahə üzrə minimum 5 illik iş təcrübəsi.
İnformasiya təhlükəsizliyi sistemləri və nəzarət mexanizmləri, haqqında praktiki biliklərin olması.
Windows, Linux, Unix server texnologiyaları və əməliyyat sistemləri ilə iş təcrübəsi;
Firewall, switch, router və s. ümumi şəbəkə texnologiyaları, proxy xidmətləri və s. üzrə bilik və bacarıqların olması;
VPN və VDI əsasında məsafədən qoşulma həlləri üzrə bilik və bacarıqların olması;
Directory, Authentication və federasiya protokolları üzrə bilik və iş təcrübəsi;
Şifrələmə həlləri ilə iş təcrübəsi;
Bacarıqlar:

Layihə idarəetmə, yüksək ünsiyyət və komandada işləmək bacarıqları
Qərar vermə, analitik təhlil və yekun nəticəyə yönəlmə bacarığı
İnformasiya Təhlükəsizliyi və İT proseslərə aid normativ sənədlərlə işləmək bacarığı;
CCNA, CISA, CISM, CISSP, NIST, COBIT, ITIL, Comptia Security+, ISO 27001 və s kimi sertifikatları olanlara üstünlük verilir.