Top.Mail.Ru
Maliyyəçi Company
012-5961868
negotiable
18.07.2023

Job Description



Responsibilities :

Vəzifə öhdəlikləri :

Şirkətin əsas maliyyə hesabatlarının (Balans, Mənfəət-Zərər, Nəğd pulun hərəkəti) hazırlanmasında, hesabatlara aid işlək faylların yaradılmasında birbaşa iştirak edir;

Bütün məhsulların maya dəyərlərinin hesablanması, qiymət əmələgəlmə sənədlərinin hazırlanmasını həyata keçirərək, aidiyyatı şəxsə göndərilməsi üçün təqdim edir;

Təsisçilərin tələb etdiyi bütün növ hesabatların hazırlanmasını birbaşa həyata keçirir;

Şirkətin əməkdaşlıq etdiyi bütün banklara aylıq, rüblük, yarımillik, illik və vaxtaşırı tələb olunan müxtəlif hesabatların hazırlanmasını birbaşa həyata keçirir;

Şirkətin əməkdaşlıq etdiyi mal təchizatçıları üçün tələb olunan mənfəət zərər, satış, məzənnə fərqi və digər analitik hesabatların hazırlanmasını birbaşa həyata keçirir;

Şirkətin aylıq əsasda pul planının və onun yerinə yetrilməsinin hesabatını hazırlayır;

Şirkətin bütün portfellərinin büdcə xərclərinin və qalıqlarının proqram təminatında lazımi hesablarda əks olunmasını, kənarlaşmaların aradan qaldırılmasını birbaşa həyata keçirir;

Mağazalar üzrə vadə günlərinin azaldılıb-artırılmasını həyata keçirir, borc qalıqları barədə məlumatları bütün aidiyyatı şəxslərlə müzkirə edir;

Şirkət üzrə illik büdcənin hazırlanması, xərclər üzrə limitlərin təyin edilməsi, və həmin məlumatların plan və fakt analizinin aparılmasını, xərclərin optimizasiyası üzrə təkliflərin hazırlanmasını həyata keçirir;

Şirkətin bütün fəaliyyət sahələrində birbaşa iştirak edir, mühüm qərarların qəbul olunmasında maliyyə tərəfinə aid olan sualların cavablandırılmasını həyata keçirir;

Maliyyə və mühasibatlıq şöbələrinin iş fəaliyyətinə birbaşa nəzarət edir, əməkdaşların inkişafı üçün onlara dəstək göstərir;

Şirkətə daxil olan bütün müqavilələrin maliyyə şərtlərinin yoxlanılmasını həyata keçirir;

Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni həyata keçirməlidir;

Bütün növ ciddi hesabat sənədlərinin qeydiyatını aparır;

Təsisçilərin və şirkət rəhbərliyinin həvalə etdiyi digər işləri yerinə yetirir.

İş saatı həftənin 5 günü 09:00 – 18:00

Requirements :

Namizədə qarşı tələblər  

• 1 C (8.3) müəssisə proqramında yüksək səviyyədə işləmək bacarığı 

• Ali iqtisadi təhsil;

• Maliyyə və Mühasibatlıq sahəsində 5 il iş təcrübəsi;

• Mükəmməl səviyyədə Microsoft Office proqramları biliyi;

• Azərbaycan və Rus dillərində sərbəst danışıq danışıq qabiliyyəti;

• AR Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsinin tələblərini yaxşı səviyyədə bilməli və işində rəhbər tutmalıdır