Job Description
Responsibilities :
Tələb olunan kompetensiyalar:
• Analitik düşüncə;
• Effektiv kommunikasiya;
• Vaxtın düzgün idarə edilməsi;
• Müştəriyönümlülük
• Davamlı inkişaf
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma
• Bütövlük
Vəzifə və Öhdəliklər:
• Daxili idarəetmə hesabatlarının vaxtında və dəqiq təmin edilməsiı
• Bütün sənədlərin şirkət nizamnaməsinə, peşə standartlarına, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına və qanunla müəyyən edilmiş uçot normalarına uyğunluğunun təmin edilməsi
• Aylıq və illik hesabatların hazırlanma proseslərinin əlaqələndirilməsi
• Maliyyə əməliyyatlarının keyfiyyətinə nəzarətin və maliyyə hesabatlarının təqdim edilməsinin təmin olunması
• Maliyyə hesabatı sistemlərinin, uçot və investisiya fəaliyyətinin qiymətləndirilməsi və prosedurların, əməliyyat sistemlərinin, büdcələrin və digər maliyyə-nəzarət funksiyalarının dəyişdirilməsinə dair tövsiyələrin verilməsi
• Xarici audit üçün materialların və xarici qurumlar üçün maliyyə hesabatlarının hazırlanmasının əlaqələndirilməsi, xarici auditorların fəaliyyətinin əlaqələndirilməsi və onların təklif və tösviyələrinin tədqiq edilməsi
• Daxili auditorların təklif və tövsiyələrinin araşdırılması və lazım gələrsə cavab hazırlanması. Məhsulun maya dəyərinin təhlilində iştirak etmək və təkliflər irəli sürmək, xərclərin azaldılması üçün sahələri aşkar etmək
• Analitik və xüsusi hesablara aid layihərə və prosedurlara aid xüsusi hesabatlar tərtib edərək müsahibatlıq bağlanma prosesinə dəstək
• Aylıq, rüblük, yarım-illik və illik Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən maliyyə hesabatlarının hazırlanması
• Mühasibat uçotu və təlimatların düzgün tətbiqi ilə bağlı texniki mühasibatlıq araşdırmalarına, o cümlədən yeni mühasibat uçotu prinsiplərinin tətbiqinə dəstək
• Maliyyə modellərinin və yeni hesabatların yaradılması, saxlanılması və ötürülməsi
Requirements :
Tələblər:
• İqtisadiyyat, Maliyyə və ya Biznes üzrə bakalavr dərəcəsi;
• Əlaqədar sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərini yüksək səviyyədə bilmək;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IFRS) üzrə biliklər
• MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzuolunandır;
• CIMA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.