SAP SD (Satış və Logistika) modulu üzrə mütəxəssis
Production Company
012 -5961868
negotiable
Job Description
Responsibilities :
Vəzifə və Öhdəliklər:
• Şirkətin Satış və Logistika üzrə biznes proseslərinin və MRP həllərin ahəngdarlığını qoruyub saxlamaq, programlaşdırmanın düzgün nəticələr verməsini təmin etmək, MRP həlləri lazım olarsa yeniləmək və idarə etmək.
• ERP həllərinin tətbiqi təcrübələrini və həll metodologiyalarını inkişaf etdirmək.
• Görüşlərdə iştirak etmək və daxili biznes müştəriləri ilə etimad yaratmaq, biznes məqsədlərini başa düşmək və uyğunlaşma axtarmaq
• MRP və biznes sahibləri tərəfindən prioritet olaraq satış və paylama ilə bağlı dəyişikliklərdə iştirak etmək, inkişafa ehtiyac olan sahələri və çətinlikləri müəyyənləşdirmək və təhlil etmək, səbəbləri müəyyənləşdirmək, alternativ həll yollarını qiymətləndirmək və fəaliyyət üçün tövsiyələr vermək və fəaliyyət planı hazırlamaq.
• SAP ilə bağlı çətinlikləri və inkişafa ehtiyac olan sahələri, dəyişiklik sorğularının, yardım masası və ya digər mümkün kanallar vasitəsilə edilən dəyişiklik və təkmilləşdirmə müraciətlərinin həlli üçün cavabdeh olan MRP komandasının üzvü kimi işləmək
• Tələb olunan həlləri ən səmərəli şəkildə inkişaf etdirmək üçün funksional spesifikasiyaları təhlil etmək və inkişaf etdirmək ehtiyac olarsa digər konsultantlardan dəstək almaq.
• Təyin edilmiş SAP Sales Distribution ilə əlaqəli layihə işləri üzərində işləmək və dövri status yeniləmələrini təmin etmək və layihə təlimatlarına uyğun olaraq işləri yerinə yetirmək.
• Hazırlanmış həllərin tələblərə cavab verdiyinə və görülən işin planlaşdırma və prioritetlər baxımından gözləntilərə cavab verdiyinə əmin olmaq üçün istifadəçi testi və inteqrasiya testlərini planlaşdırmaq, həyata keçirmək, şöbələr ilə sıx inteqrasiyada işləmək.
• SAP/SD modulu üzrə ekspert, SAP standart imkanlarından maksimum istifadəni təşviq edərək, ən yaxşı SAP təcrübələri üzrə təlimat/məsləhət vermək, mövcud sistemlərin ümumi funksional etibarlılığını və davamlılığını təmin etmək.
• Tələblərin toplanması, həll dizaynı, konfiqurasiya (SPRO), sınaq, istifadəçi qəbul testlərinin həyata keçirilməsi və sənədlərlə bağlı əsas biznes paydaşları (Satış, Satınalma, Maliyyə, İstehsalat şöbələrinin işçiləri) ilə əməkdaşlıq etmək.
• Dəyişiklik və çətinlikləri idarə edilməsi kimi SAP və Biznes proseslərinin əməliyyat effektivliyini davamlı şəkildə artırmaq üçün təşəbbüslər həyata keçirmək.
Requirements :
Tələblər:
• Əlaqədar sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
• İngilis dili biliyi;
• SAP SD və MM modulları üzrə konfigurasiya etmək təcrübəsi
• SAP ECC, SAP S/4 HANA, SAP ABAP üzrə biliklər arzu olunandır.
• Word, Excel və Powerpoint bilikləri yüksək səviyyədə
• Digər programlaşdırma dilləri biliyi üstünlükdür.
Tələb olunan kompetensiyalar:
• Effektiv kommunikasiya;
• Komanda işi
• Müştəriyönümlülük
• Davamlı inkişaf
• Bütövlük