Top.Mail.Ru
Etika və Uyğunluq üzrə Məmur (Ethics and Compliance Officer) Production Company
012 -5961868
09.08.2023

Job Description

Responsibilities :

Əsas vəzifə və öhdəliklər:
Effektiv uyğunluq proqramını yaratmaq, tətbiq etmək və idarə etmək
Uyğunluq proqramı ilə qanunun, qaydaların, təşkilat siyasətlərin və “Davranış Kodeksi/Rüşvət və Korrupsiya Əleyhinə” siyasətinin pozulmasının effektiv şəkildə qarşısının alınmasını və/və ya aşkarlanmasını təmin etmək.
Uyğunluq proqramını müntəzəm olaraq nəzərdən keçirmək ,Rəhbərliyə və Direktorlar Şurasına (potensial uyğunluğa dair risk sahələri üzrə məsləhət vermək də daxil olmaqla) müvafiq düzəliş və dəyişiklikləri tövsiyə etmək
Uyğunluq proqramının davamlı effektivliyini təmin etmək üçün resursların koordinasiya edilməsini təmin etmək
Bütün işçilər, könüllülər, müştərilər və vendorlar üçün əlçatan olan (anonim telefonla məlumat vermə sistemi də daxil olmaqla) şəffaf, açıq və təqibi olmayan hesabat vermə kanallarını tətbiq və idarə etmək
Təşkilatla işləyən bütün işçilər, agentlər, podratçılar və ya digərləri üçün maarifləndirici sessiyaların ildə ən az bir dəfə keçirilməsini təmin etmək
Yeni işə cəlb olunmuş əməkdaşlara Uyğunluq və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində maarifləndirici sessiyaların keçirilməsini təmin etmək
İşçilər, agentlər, podratçılar və ya təşkilatla işləyən digər şəxslər tərəfindən qanunsuz, qeyri-etik və ya düzgün olmayan davranışların, əhəmiyyətli hallarının daxili nəzarət mexanizmləri ilə qarşısını almaq, aşkar etmək və araşdırma aparmaq
Sistemin idarəetmə və ya digər həssas və/və ya məsul vəzifələrdə irəli çəkilən və ya işə götürülən şəxslərin təyin olunan məsuliyyət sahələrində qanun və qaydaları pozmağa və ya qeyri-etik davranışa meyl etmədiyini əsaslandırmaq üçün təsir mexanizmlərin olmasını təmin etmək. 
Siyasət, prosedur, performans qiymətləndirmə və/və ya təşviq proqramlarına giriş və/və ya istiqamət vermək
“Rüşvət Əleyhinə İdarəetmə” 37001 standartına uyğun sənədləşmə sistemini inkişaf və təqib etmək
Düzəldici fəaliyyət planlarının hazırlanması da daxil olmaqla, uyğunluq proqramının yaratdığı araşdırmalara və digər məsələlərin həllinə və tətbiq olunmasına nəzarət etmək
Uyğunluğa dair göndərilən bütün məsələləri izləmək
Rəhbərliklə məhsuldar iş əlaqələrini inkişaf etdirmək
Direktorlar Şurasına uyğunluq proqramı haqqında dövri və illik hesabatların təqdim edilməsini təmin etmək
Rəhbərlik və Direktorlar Şurası tərəfindən təsdiq edildikdən sonra uyğunluq planına edilən bir yeniləmənin tətbiqini təmin etmək
Uyğunluq proqramını əhatə edən mövzularda Baş İcraçı Direktora və Şirkətin Etika və Uyğunluq Komitəsinə müntəzəm olaraq hesabat vermək. Əlavə olaraq, uyğunluq üzrə məsul işçi tərəfindən öz mülahizəsinə aid məsələlər barədə Direktorlar Şurasına və Baş İcraçı Direktora müntəzəm olaraq hesabat vermək
Hüquqi və etik qaydada öhdəliklərini yerinə yetirmək üçün tənzimləyici məsələlər və tələblər üzrə rəhbərliklə işləmək.
Bütün müqavilələrdə Uyğunluq və rüşvətxorluğa qarşı mübarizəyə dair müvafiq müddəaların əlavə edilməsini təmin etmək
Etika və Uyğunluq Komitəsinin müvafiq gündəmlərinin, hesabatlarının və məlumatlarının hazırlanması da daxil olmaqla, Etika və Uyğunluq Komitəsini təmsil etmək

Requirements :

Tələblər: 
Hüquq, maliyyə, biznes idarəçiliyi və ya əlaqəli bir sahə üzrə bakalavr dərəcəsi.
Audit, Risklərin və ya Uyğunluq (compliance) proqramının idarə edilməsi üzrə 4-5 il davamlı təcrübəsi olanlara üstünlük verilir 
İngilis dilinin yüksək səviyyədə biliyi
Bütün səviyyəli rəhbərlik və işçi heyəti ilə işləmək, ən yüksək məxfilik dərəcəsini qorumaq və son tarixləri qarşılamaq bacarığı
ABMS Lead Auditor sertifikatı olması arzu olunandır 
MS office (Word, Excel, PowerPoint, Outlook) proqramlarından istifadə bacarığı