Top.Mail.Ru
HR Menecer IKMA Servises
-
negotiable
11.03.2021

Job Description

2005-ci ildə əsası qoyulan IKMA Servises MMC Azərbaycan və Gürcüstan bazarında ən böyük və uğurlu lift şirkətlərindən biridir. İKMA şirkəti Finlandiya markası olan və sahəsi üzrə dünyanın ilk 3 – lüyündə yer alan KONE brendinin 15 ildən artıq bir müddətdə rəsmi distribyutorudur. Belə ki, Respublikamızda dövlət əhəmiyyətli müəssisələr, ticarət və iş mərkəzləri, premium yaşayış komplekslərindəki avadanlıqlar İKMA şirkətinin peşəkar işçi heyəti tərəfindən təchiz edilib.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə İKMA komandasının fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Responsibilities :

Görəcəyiniz işlər:

İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
Şirkətdə işçilərin fərdi inkişaf planının hazırlanması və həyata keçirilməsini təmin etmək;
Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;
İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasına nəzarət etmək;
İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək.

Requirements :

Bizim üçün uyğun namizəd:
Ali təhsil (Biznesin idarəedilməsi, İnsan Resursları, Sənayenin təşkili);
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulması üzrə iş təcrübəsi;
Analitik təhlil qabiliyyəti;
Yaradıcı, yenilikçi və inkişafa açıq, yüksək ünsiyyət bacarığı və təqdimetmə bacarığı, 
Aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə), 
Məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi,məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı)

Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.