Top.Mail.Ru
Texnoloq " Agrarco" MMC
-
negotiable
29.10.2021

Job Description

Responsibilities :

“AGRARCO” MMC  "Texnoloq" vəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir.

İş yeri: Şimal-Qərb regionu

İşin təsviri:

• İqtisadi cəhətdən sərfəli, resursların və ətraf mühitin qorunmasını, texnoloji proseslərin və müəssisə tərəfindən istehsal olunan məhsulun istehsalını, texnoloji hazırlıq və texniki cəhətdən artım səviyyəsini təmin edən işlərin (xidmətlərin) yerinə yetirilməsini və həyata keçirilməsini təşkil etməli və həmçinin, istehsal avadanlığı, xammal, köməkçi materialın, əmək xərclərinin azaldılması, məhsulun keyfiyyətinin, işlərin (xidmətlərin) yaxşılaşdırılması və əmək məhsuldarlığının artmasını təmin etmək
• Uyğun istehsal sahəsi üzrə istehsalatda proqressiv texnoloji proseslərin, yeniliklərin və elmi-texniki nailiyyətlərin tez bir zamanda tətbiqi üçün qərarlar qəbul etmək
• Müəssisənin bütün istehsal sahələrinə (sexlərin) nəzarətinə, texnoloji sənədləşmələrin hazırlanmasına, istehsalatın texniki-iqtisadi effektivliyinin artırılması məqsədi ilə yeni texnologiyanın tətbiqi üzrə planlamanın həyata keçirilməsinə rəhbərlik etmək 
• Müəssisənin (istehsalatın) cari və perspektivdə olan texnoloji hazırlığı üzrə planlaşdırılmasına və qurulmuş texnoloji proseslərə ciddi riayət olunmasına nəzarəti, həmçinin, texnoloji intizam pozuntularını aşkar edilməsi və aradan qaldırılması üçün tədbirləri həyata keçirmək 
• Yeni sex və ya sahələrin, bölmələrin təşkili və planlaşdırılması, onların yeni texnologiyaya və yüksək performanslı texnoloji proseslərə uyğun ixtisaslaşması və mənimsənilməsi, avadanlıqların yüklənməsinə dair və istehsal gücünün hesablanmasının həyata keçirilməsi, istehsalın texniki səviyyəsinin yüksəldilməsi və avadanlığın növbəli işləmə əmsalının müəyyənləşdirilməsi, xammala, əsas və köməkçi materiallara, yarımfabrikatlara dair texniki şərtlərin və tələblərin hazırlanması və baxılması, bundan başqa əmək xərclərinin normalarının tətbiqi və işlənməsi, texnoloji yanacaq və elektrik enerjisinin sərfiyyatı, xammal və köməkçi materiallarda olan uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması həmçinin hazır məhsulun istehsalında material və əmək sərfiyyatının aşağı endirilməsinə nəzarət və rəhbərlik etmək
• Məhsul istehsalı texnologiyasının təkmilləşdirilməsini, işlərin (xidmətlərin) yerinə yetirilməsini, mütərəqqi texnologiyaların elm və texnika nailiyyətlərin, yüksək məhsuldarlı və ekoloji təmiz tullantısız texnologiyaların, texnoloji sistemlərin dizaynını və tətbiqini təmin edir; ətraf mühitin qorunması, istehsal proseslərinin kompleks mexanizasiyası və avtomatlaşdırılması, avadanlıqların standarta uyğun istifadəsini təmin edir. 
• İşçi yerlərinin attestasiyasını və rasionallaşdırılmasını həyata keçirmək
• Normativ texniki sənədlərə əsaslanaraq istehsal olunan məhsulun keyfiyyətinə nəzarət metodlarının təkmilləşdirilməsində məhsula dair nomenklatura, ölçmə diapazonlarını və ölçülən parametrlərin limitlərini müəyyənləşdirilməsində iştirak etmək
• Məhsulun tərkibinin dövlət və ya sənaye standartına uyğun olub olmamasına baxmaq, həmçinin istehsal texnologiyasının ekoloji və iqtisadi baxımdan tələblərə cavab verib verməməsi haqqında nəticə vermək 
• Avadanlıqların avtomatlaşdırılmış şəkildə idarə olunması və texnoloji proseslərin, həmçinin təşkilati və kompüter texnologiyasının avtomatlaşdırılmış şəkildə layihələndirilməsinin tətbiqinin təmin olunması. 
• Bölmə (sahə) işçilərinə rəhbərlik etmək, istehsalatın texnoloji hazırlığını təmin edən müəssisənin bölmələrinin fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək, işçilərin səriştəliyinin artırılması ilə bağlı işi təşkil etmək

Requirements :

BİLİKLƏR:
• İstehsalatın texnoloji hazırlığı üzrə normativ texniki sənədləri və metodiki materialları;
• Müəssisənin təşkilati-texnoloji strukturunun xüsusiyyətlərini, profilini və ixtisaslaşmasını;
• Müəssisədə  istehsal olunan məhsulun texnologiyasını;
• Məhsulla bağlı texnoloji layihələndirmənin sistemini və metodunu;
• İstehsalat gücünü, texniki xarakteristikanı, avadanlıqların konstruktiv xüsusiyyətlərini və işləmə rejimini, istismar qaydalarını;
• İstehsal prosesinin texnoloji hazırlanmasının metod və qaydalarının planlaşdılrılmasını;
• Xammala, köməkçi materiallara və hazır məhsula olan texniki tələbləri;
• İstehsalatda texnoloji proseslərə aid müddəaların, təlimatların, və digər rəhbər sənədlərin tərtib edilməsi və texniki sənədlərin hazırlanmasını;
• İstehsal proseslərnin avtomatlaşdırılması və mexanikləşdirilməsi yollarına dair təklifləri olmalıdır;
• Yeni texnologiyaların və texnikaların iqtisadi effektivliyi metodlarını müəyyənləşdirməli, işi təşkil etməli, yenilikləri və prosesin rasionolizasiyasını qurmuş olmalıdır;
• Sənaye məhsullarının keyfiyyətinin sertifikatlaşdırılması qaydasını;
• Avadanlıqların istismarı üçün təhvil qaydalarını;
• Uyğun istehsal sahəsi üzrə yerli və xarici elmi və texniki nailiyyətləri;
• Analoji istehsal üzrə qabaqcıl yerli və xarici təcrübə bilikləri;
• İqtisadiyyatın əsasları, istehsalın təşkili, əmək və idarəetmə qaydalarını;
• Ətraf mühit, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi qaydalarını və normalarını bilməlidir.

TƏLƏBLƏR:
• Texnoloq kimi 5 ildən az olmayaraq iş təcrübəsi
• Azərbaycan və rus dilləri,
• İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
• Güclü ünsiyyət və danışıq qabiliyyəti
• MS Office kompüter proqramından istifadə etmə bacarığı
• Sürücülük vəsiqəsi olmalı
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Texnoloq” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.