Top.Mail.Ru
Audit üzrə kiçik mütəxəssis " Agrarco" MMC
-
negotiable
04.11.2021

Job Description

Responsibilities :

“AGRARCO” MMC şirkəti Audit üzrə kiçik mütəxəssis vəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir:
İşin təsviri:
Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək;
Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirmək;
Əsaslı analitik prosedurları həyata keçirmək və rəhbərliyə məruzə etmək;
Daxili nəzarət tərtibinin uyğunluğu barədə rəy bildirmək;
Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq;
Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək.

Requirements :

Təcrübə:
Müvafiq vəzifədə (kənd təsərrüfatı sahəsində üstünlükdür) 1-2 il iş təcrübəsi (daxili auditor, xarici auditor kimi və s.);
Təhsil və Peşəkar kvalifikasiya:
Universitet (ali təhsil) dərəcəsi (Maliyyə, Mühasibat, Audit və ya digər əlaqəli sahələr);
Beynəlxalq Maliyyə Uçotu Standartları barədə, yerli vergi və maliyyə uçotu sahəsində minimal biliklərin olması – CIA, ACCA (xüsusilə, “MA” və “FA”) sertifikatları olan namizədlərə üstünlük verilir;
Bacarıqlar
Audit prosedurlarını başa düşmək və tətbiq etmək bacarığı;
Şirkət daxilində biznes prosesləri (satınalma, maliyyə, ticarət, istehsal və s. kimi) dərindən başa düşmək;
Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
Məntiqi düşüncə, riyazi və analitik düşüncə tərzi;
Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı;
Təzyiq altında işləmək və hədəf qoyulmuş tarixlərə qədər işi yerinə yetirmək bacarıqları;
Kompüter bilikləri: 1C, Microsoft Office: xüsusən “Word”, “Excel” və “PowerPoint” proqramları;
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və Rus dili – arzu olunan;
Səyahət etmək üçün məhdudiyyətlərin olmaması.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-ləri [email protected] e-mail ünvanına göndərə bilərlər;
Elektron məktubun “Mövzu” hissəsində “Audit üzrə kiçik mütəxəssis” vəzifəsi qeyd edilməlidir;
CV-lər ən gec 30 noyabr 2021-ci il tarixinədək göndərilməlidir.
Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırmasına əsasən uğur qazanan namizədlərlə e-mail və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar imtahana və görüşə dəvət ediləcəklər.