Top.Mail.Ru
Hüquqşünas Company
050 218-84-06
800-1200 AZN
15.12.2021

Job Description

Responsibilities :

AR-nın Mülki Məcəlləsinə uyğun olaraq müqavilələr, düzəlişlər, dəyişikliklər, əlavə razılaşma sənədləri və hüquqi gücə malik digər sənədlərin hazırlanması; Əmr, bildiriş, məktub, digər hüquqi akt və sənədlərin AR Mülki Məcəllə qanunvericiliyinə və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə hazırlanmasına dəstək, həmin sənədlərə münasibət bildirmək;

 Müəssisənin struktur bölmələrində yaranan hüquqi suallar və məsələlərin araşdırılması və konsultasiya verilməsi;

 Müəssisənin əmək siyasətini hüquqi müstəvidə istiqamətləndirmək və mükəmməlləşdirmək;

Müəssisə tərəfindən bağlanılan müqavilələrin tərtibatında iştirak etmək və onların hüquqi ekspertizasını həyata keçirmək;

 Müəssisənin fəaliyyətinin təmin edilməsi üçün müvafiq daxili aktların layihələrinin hazırlanması və struktur bölmə rəhbərləri arasında razılaşdırılması;

Məhkəmələrdə və digər dövlət orqanları qarşısında müəssisənin maraqlarının təmsil edilməsi üçün zəruri sənədlərin hazırlanması;

 Müəssisə tərəfindən göstərilən xidmətlər üzrə daxil olan məktub, ərizə, müraciət və pretenziyalara müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanm

Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması;

Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması və s.

Requirements :

Vəzifə üzrə tələb olunan tələblər:
Təhsil – Ali (Hüquq sahəsində)
İş stajı – minimum 1 il, hüquq sahəsində praktiki təcrübə
Dil biliklər: Rus (əla), İngilis (yaxşı)
Kompüter bilikləri: Microsoft Office proqramları
Yüksək qavrama, yaradıcı yanaşma və öyrənmə qabiliyyəti;
İşində dəqiqlik, punktuallıq və detallara fikir vermə qabiliyyəti;
Araşdırma bacarığı və analitik düşüncə;
Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi (xüsusi olaraq: mülki, mülki-prosessual, əmək, vergi, inzibati, gömrük və korporativ hüquq);
Kargüzarlıq işinin əsaslarını bilməsi;
Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

İş vaxtı: 09:00-18:00, I-V

İstirahət: altı, bazar günləri

Əlaqə nömrəsi: 050 218-84-06
Qeyd olunan tələblərə uyğun namizədlər CV-ni [email protected] elektron poçt ünvanına göndərə bilərlər.