Top.Mail.Ru
Elektron cihazlar üzrә tәnzimlәyici “IDRAK Texnoloji Transfer” MMC
-
negotiable
28.04.2023

Job Description

Responsibilities :

Verilmiş tapşırığı texnologi tələblərə uyğun olaraq yerinә yetirmәk;
Elektrik avadanlıqlarını vә müxtәlif növ elektrik cihazlarını sökmәk, әsaslı tәmir etmәk, yığmaq, quraşdırılmaq vә işlәk vәziyyәtә gәtirmәk;
Tam olaraq mәhsulu hazır mәhsul halına gәtirәrәk rәhbәrinә mәruzә etmәk;
İstehsal edilmiş elektrik cihazlarını istismara verilmәsi üçün hazırlamaq;
Günlük iş planını vaxtında keyfiyyәtli olaraq yerinә yetirmәk;
Daxili texniki sәnәdlәr dövriyyәsinin yazılmasını tәmin etmәk;
Gördüyü işlәrin hesabatının hazırlamaq;
İstehsalat mәdәniyyәti  və əməyin mühavizəsi tələblərinə әmәl edilmәsi.




İş vaxtı: Bazar ertəsi-Cümə 09:00-dan 18:00-dək. Şənbə/bazar - həftə sonu.
Aylıq əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsindən asılı olaraq müsahibə zamanı 
danışılacaq.
Uyğun namizədlərdən mövzu yerində “ Elektron cihazlar üzrә tәnzimlәyici ” qeyd edərək CV-
lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

Requirements :

1. ÜMUMİ TӘLӘBLӘR:
Tәhsil: Ali, natamam ali vә ya texniki İş tәcrübәsi: 1 ildәn az olmayaraq iş tәcrübәsi

1.1 Elektron cihazlar üzrә tәnzimlәyici aşağıdakıları bilmәlidir:

Texnaloji tələblərə uyğun  tәlimatlar vә digәr normativ sәnәdlәri;
Radiotexnika, telemexanika, elektronika vә elektrik cihazlarının elementlərini;
Müxtәlif elektrik maşınlarının, aparatlarının, ölçü cihazlarının sxemlәrini;
Elektrik cihazların işlәmә prinsipini;
Xidmәt olunan alәt vә avadanlıqların texniki xüsusiyyәtlәrini;
Elektron cihazların texniki tәlәblәrini;
Müxtәlif elektron proqrammatorların işlәmә prinsiplәrini;
Öz adına tәhkim olunmuş alət, avadanlıq vә cihazların texniki istismar qaydalarını;
Әmәk mәcәllәsinin әsaslarını;
Tәrtib edilmiş texniki sәnәdlәşmәnin aparılmasını;
Daxili әmәk intizam qaydalarını;
MS Office proqramlarını vә oxşar proqramları;

1.2 Elektron cihazlar üzrә tәnzimlәyici üçün arzu olunandır:

Azәrbaycan, Rus, İngilis (vә digәr) dillәrini bilmәsi;