Top.Mail.Ru
Daxili Auditor Amal Group LLC
-
negotiable
05.08.2023

Job Description

Responsibilities :

Vəzifə öhdəlikləri: (təsisçinin tabeliyində) 
• Şirkətin fəaliyyət istiqaməti üzrə illik audit planının, strategiyanın və praktiki audit proqramının hazırlanmasında iştirak edir;
• Audit yoxlamalarının planlanması, aparılması və müvəffəqiyyətli icrasını təmin edir;
• Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirir;
• Biznes proseslərin daxili qayda, prosedur və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini müəyyən edir;
• Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil edir və risklərinin qiymətləndirilməsini həyata keçirir;
• Risklərin azaldılması və uyğunsuzluqların aradan qaldırılması üçün səmərəliləşdirici tövsiyələr verir;
• Auditin nəticələrinə dair hesabatlar hazırlayır;
• Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planını monitorinq edir;
• Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak edir;
• Özündən aşağı vəzifədə çalışan şöbə əməkdaşları tərəfindən hazırlanmış hesabat və arayışları nəzərdən keçirib rəy və təkliflər verir;
• Daha az təcrübəyə malik daxili audit şöbəsinin əməkdaşlarının inkişafında iştirak edir və onların fəaliyyətini qiymətləndirir;
• Rəhbərliyin tapşırığı ilə hesabatlar və təqdimatlar hazırlayır;

Requirements :

Tələblər:
• Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə);
• Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3-5 il iş stajı;
• Beynəlxalq Mühasibat Uçotu Standartlarını bilməsi;
• Beynəlxalq Daxili Audit standartlarını bilməsi;
• Risklərin idarə edilməsi haqqında biliklərə malik olması;
• CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək;
• Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Komanda daxilində fəaliyyət göstərmək və komandaya rəhbərlik etmək bacarığı;
• MS Office proqramlarını yüksək səviyyədə bilmək;
• Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili (arzuolunandır)
• Ölkədaxili ezamiyyət etmək imkanı;
İş şəraiti:
• Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki: 5 günlük, 09:00-18:00
Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq.
Maraqlanan namizədlər CV-lərini [email protected]  mail ünvanına göndərə bilər.