Job Description
Responsibilities :
Vəzifə öhdəlikləri:
İnsan Resursları standartlarının, İnsan Resurslarının idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
İşə qəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
Bonus, kompensasiya və motivasiya sisteminin qurulması və tətbiq olunması;
Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;
www.emas.sosial.gov.az və www.isb.az əmək münasibətləri və məşğulluq altsistemi həmçinin icbari sığorta sistemi üzrə əməliyyatların Əmək məcəlləsinin tələblərinə uyğun olmaqla icrasına nəzarət edilməsi;
Requirements :
Tələblər:
Ali təhsil
Müvafiq sahə üzrə 5 il iş stajı, tikinti sahəsi üzrə iş stajı arzuolunandır
Müvafiq analitik hesabatların hazırlanması və təqdimatı
İnsan Resurslarına dair beynəlxalq sertikatların olması üstünlükdür
İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır
Müraciət üçün email adresi: [email protected]