Top.Mail.Ru
Risklərin idarə edilməsi üzrə menecer Production Company
012 -5961868
negotiable
23.01.2024

Job Description

Responsibilities :

Vəzifə və öhdəliklər:

İstehsal, logistika, hüquq, kommersiya və maliyyə əməliyyatları daxil olmaqla, təşkilatın müxtəlif funksiyaları üzrə hərtərəfli risklərin qiymətləndirilməsi prosesini aparmaq və koordinasiya etmək;
Risklərin idarə edilməsi təcrübələrini strateji məqsədlərin müəyyən edilməsi və icrasına inteqrasiya etmək üçün şöbə rəhbərləri və funksiyalararası komandalarla sıx əməkdaşlıq etmək;
Risklərin azaldılması strategiyalarına, əməliyyat nəzarətinə, biznesin davamlılığına və fövqəladə hallardan sonra bərpa planlarına nəzarət etmək;
Müvafiq şöbələrlə əməkdaşlıq edərək, fövqəladə hallara və ya gözlənilməz hadisələrə sürətli və effektiv cavab tədbirləri təmin etmək üçün hadisələrin idarə edilməsi planını hazırlamaq;
Rəhbərlik və İdarə Heyətinin Risk Komitəsi üçün əsas riskləri və tövsiyə olunan tədbirləri vurğulayan müntəzəm risklərin idarə edilməsi hesabatları və təqdimatları hazırlamaq;
Stress testi, ssenari təhlili və risk modelləşdirmə də daxil olmaqla maliyyə, kommersiya, texniki və hüquqi risklərin idarə edilməsi çərçivəsini nəzərdən keçirmək;
Risklərin idarə edilməsi strategiyalarını şirkətin maliyyə və digər məqsədlərinə uyğunlaşdırmaq üçün Baş Kommersiya Direktoru və Baş Maliyyə Direktoru ilə, eləcə də maliyyə komandası ilə əməkdaşlıq etmək; Texniki və istehsalla əlaqəli risklərin idarə edilməsində son tendensiyalarla bağlı Əməliyyatlar üzrə Baş Direktor ilə əməkdaşlıq etmək; Qanunvericilikdə baş verən dəyişikliklər və məhkəmə prosesləri ilə bağlı risklər üzrə Baş Hüquqşünas ilə əməkdaşlıq etmək;
Hedcinq strategiyaları və digər risklərin ötürülməsi mexanizmləri daxil olmaqla, bütün əməliyyat riskləri üçün sığorta təminatını qiymətləndirmək və tövsiyələr vermək;
İşçilərə risklərin idarə edilməsi üzrə ən yaxşı təcrübələr və fövqəladə hallara cavab tədbirləri ilə bağlı 

Requirements :

Tələblər:

Biznesin idarə edilməsi, Sənaye İqtisadiyyatı, Sənaye Mühəndisliyi, Maliyyə, Əməliyyatların İdarəedilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür),
Tikinti materialları və ya digər istehsal sənayesi sahəsində risklərin idarə edilməsi üzrə təcrübə,
Maliyyə, texniki və hüquqi risklərin qiymətləndirilməsi üzrə biliklər,
Yüksək səviyyədə analitika və problem həlletmə bacarığı,
Güclü ünsiyyət və təqdimat bacarıqları,
Risklərin idarə edilməsi sahəsində sertifikatların olması üstünlükdür.
Risklərin idarə edilməsi vasitələri və proqramları bağlı məlumatlı olmaq üstünlükdür.