Top.Mail.Ru
Hüquqşunas Company
012 -5961868
2000 AZN
25.01.2024

Job Description

Responsibilities :

Vəzifə öhdəlikləri və iş barədə məlumat:
Müqavilələrin hazırlanması, yoxlanılması, eləcə də müqavilənin bağlanması üçün 
zəruri olan görüş və danışıqlarda, eləcə də iclaslarda iştirak etmək
Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak edilməsi;
Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə təmsil edilməsi, həmçinin, məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılmasıı
Müəssisənin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində iştirak və s.
Məhkəmə, dövlət orqanları ilə qarşılıqlı əlaqə (memarlıq və şəhərsalma orqanları; hüquq-mühafizə və inzibati orqanlar);
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlayır;
    Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
    Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
Müqavilə, maliyyə, əmək intizamının möhkəmləndirilməsinə görə keçirilən tədbirlərdə iştirak edir;
Maddi və intizam məsuliyyətinə cəlb olunan işçilərin sənədlərinə hüquqi rəy verir;
Debitor borcları üzrə materiallarının baxılmasında iştirak edir;
Cəmiyyətə daxil olan hüquqi əhəmiyyətli sənədlərin baxılmasında iştirak edir;
Əlavə məlumat:
İş qrafiki: 6 günlük iş həftəsi,saat 09:00-18:00-dək
Əməkhaqqı: 2000 AZN

Requirements :

Namizədə dair tələblər:
Ali hüquq təhsili
Ən azı 3 il hüquqşünas kimi iş təcrübəsi
Kompüter biliyi 
Gərgin iş şəraitində işləmək bacarığı
Təşkilati bacarıqlar;
Yazılı və şifahi ünsiyyət bacarığı;
Etik davranış qabiliyyəti;
Səbrli və məsuliyyətli olmalı.