Top.Mail.Ru
Baş Mühasib Maliyyə Qurumu
012 -5961868
negotiable
16.02.2024

Job Description

Responsibilities :

Başlıca vəzifə öhdəlikləri
Brief statement of duties Muhasibalıq şöbəsinin yaxşı təşkil olunmuş fəaliyyətini təmin etməli (şöbənin işini planlaşdırmalı, işçilər arasında vəzifələri bölüşdürməlı, işçilərin fəaliyyətinə nəzarət etməli).
Tabeliyində olan işçilərin profesional inkişafını təmin etmək üçün onları yönləndirməli və onlara təlim keşməli; 
Rəhbərliyə təşkilatın səmərəliyini və effektivliyini təmin etmək üçün strateji və fəaliyyət planların müəyyən edilməsi,hazırlanması və təqdim olunmasına kömək etməli;
Vergi hesabatların vaxtında hazırlanması və təqdim edilməsini təmin etməli;
Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Statistika Komitəsinə vaxtında hesabatların hazırlanması və təqdim edilməsini təmin etməli;
Mərkəzi Bank tərəfindən tələb olunan hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etməli;
Konsolidə edilmiş və müstəqil IFRS (maliyyə hesabatların beynəlxalq standartları) hesabtların vaxtında hazırlanması və təqdim edilməsini təmin etməli;
Kreditlərin verilməsi və ödənilməsi ilə bağlı əməliyyatlara nəzarət etməli;
Borc öhdəliklərin və alacaqların vaxtında və düzgün yoxlanılmasını, yerləşdirilməsini, göndərilməsini və razılaşdırılmasını təmin etməli;
Bütün mühasibat əməliyyatların dəqiqliyini və düzgünlüyünü təmin etməli;
Əsas vəsaitlərin amortizasiyası və əmək haqqının hesablanmasına nəzarət etməli;
Səhmdarlara və digər müvafiq tərəflərə vaxtında və səriştəli hesabatların verilməsini təmin etməli;
Banklarlı və digər maliyyə təşkilatları səlahiyyətli  kommunikasiya ilə təmin etməli;
Təşkilatın bank hesablarına hərtərəfli nəzarət etməli;
Göndərilən bütün maliyyə məktublarını və sənədlərini təsdiq etməli;
AR Mərkəzi Bankın və Maliyyə Palatasının və digər qurumların müvafiq qanunlarında, tələblərində, tənzimləmələridə dəyişiklikləri izləməli; 
Mühasibat əməliyyatların qanunvericilik və tənzimləyıcı qaydaların tələbləri ilə uyğunluğunu təmin etməli;
Mühasibat sistemində, prosedurlarında,siyasətində daxili nəzarəti inkişaf etdirmək üçün dəyişiklikləri nəzərdən keçirməli və tövsiyyələr verməli;
Mühasibatlıq proqram təminatının təkmilləşdirilməsi/inkişafı üçün tövsiyyələrin verilməsini və problemlərin müəyyən edilməsini təmin etməli;
Auditorlarla əməkdaşlıq etməli;
Lazım olduqda yeni layihələr həyata keçirməli; 
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etməli. 

Requirements :

Tələblər:
İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində bakalavr və ya daha yüksək təhsil dərəcəsi;
Maliyyə, mühasibat uçotu, vergi qanunvericiliyi 10 il iş təcrübəsi;
İngilis və rus dili yaxşı səviyyədə
Maliyyə və mühasibatlıq sahəsi üzrə sertifikat və ya ixtisasartırma.
1C mühasibatlıq proqramında işləmək bacarağı;
Sertifikatların olunması ACCA, F3 və F7, PMS.   

Professional biliklər:
Mühasibat uçotu prinsipləri sahəsinin dərin biliklər;
Microsoft Office (Word, Excel) proqramları üzrə mükəmməl biliyin olması;
Tədqiqat və analitik düşünmə qabiliyyəti və məsələlərin həllində təşəbbüsün göstərilməsi;
Hesabatların hazırlanması bacarıqları;