Top.Mail.Ru
Baş mühasib Maliyyə Qurumu
012 -5961868
negotiable
21.02.2024

Job Description

Responsibilities :

Vəzifə öhdəlikləri:

Şirkətin əmlakının və bütün  əməliyyatlarının mühasibat uçotunu təşkil etmək, aparmaq, o cümlədən maliyyə hesabatlarının hazırlanması və hesabat istifadəçilərinə və müvafiq qurumlara təqdim edilməsini təşkil etmək;
Maddi aktivlərin (əsas vəsaitlərin, ehtiyatların, digər maddi aktivlərin) və qeyri-maddi aktivlərin mədaxili və hərəkətinin uçotunun aparılmasını həyata keçirmək;
Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərinin saxlanılmasını həyata keçirmək;
Müəyyən edilmiş qaydada idarədə aktivlərin və öhdəliklərin inventarizasiyanın aparılmasını təşkil etmək, balansda olan əmlakın qiymətləndirilməsini və yenidən qiymətləndirilməsini həyata keçirmək;
Şirkətin büdcə layihəsinin tərtib edilməsi prosesində bilavasitə iştirak etmək, təkliflər vermək;
Şirkətin maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks etdirilməsinə nəzarət etmək;
Şirkətin işçilərinə əmək haqqının, o cümlədən ona edilən əlavələrin, mükafatların, habelə ezamiyyə və digər ödənişlərin, xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsi, 
Şirkətin fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə pul vəsaitinin agentlərdən və təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək;
Debitor və kreditor təşkilatlarla hesablaşmaların üzləşməsinin aparılmasını nəzarət etmək;
Fəaliyyət istiqamətləri üzrə müxtəlif hesabatlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

Requirements :

Vəzifəyə dair tələblər:

Bank, Bank olmayan kredit təşkilatlarında, BOKT, Bank funksiyasını yerinə 
yetirən şirkətlərdə işləməli
AR Vergi Məcəlləsi, İnzibatı xətalar və Əmək qanunvericiliyi haqqında biliklər
PMS sertifakatına malik olmalı, 
Excell, 1-C proqram biliyi
Rus, İngilis dillər biliyi arzuolunandır, 
ACCA və digər sertifikatlara malik olanlara üstünlük verilir. 
Ən az 5 il maliyyə-mühasibatlıq sahəsində iş stajı
Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və s.)