Top.Mail.Ru
Topdan satış üzrə mütəxəssis Production Company
012 -5961868
negotiable
01.04.2024

Job Description

Responsibilities :

Vəzifə üzrə öhdəliklər:
Gündəlik  ərazidə  görülən  işləri  və  sabahki  iş  planını topdan satış  meneceri ilə  müzakirə  etmək;
Xarici görkəm standartlarına riayət etmək;
Şirkət daxili nizam-intizam qaydalarına riayət etmək;
Siyahıda olan obyektlər məhsul almadığı halda səbəbini araşdırmaq;
Gündəlik satış nöqtələrini ziyarət etmək;
Hər satış nöqtəsini ziyarət etdikdən sonra satış hesabatında qeydlər etmək;
Müştərilərə şirkətin məhsullarını təqdim etmək və onlar barədə ətraflı məlumat vermək;
Müştəri bazasını daim yeniləmək;
Ərazidə olan və şirkətlə əməkdaşlıq etməyən obyektləri ziyarət edib məlumat toplamaq və bu məlumatı  Topdan satış menecerinə təqdim etmək;
Qoyulmuş aylıq planı maksimal dərəcədə, maksimal səy ilə yerinə yetirmək;
Kommersiya direktoruna və topdan satış menecerinə mütəmadi məlumat və hesabat vermək;
Etdiyi satışın məbləğini ticarət obyektlərindən toplamaq və həmin gün bütün məbləği şirkətin xəzinəsinə ödəmək;
Şirkətin əmlakı ilə səliqəli və ehmalla davranmaq;
Gündəlik iş qrafikinə əməl etmək, ehtiyac yarandığı halda rəhbərliyin göstərişi ilə iş saatlarından əlavə işləmək;
Müştəri borclarındakı hərəkətliliyi yoxlamaq;
Rəhbərlik, kommersiya direktoru və topdan satış menecerinin təşkil etdiyi iclaslarda iştirak etmək;
Ticarət nöqtələrində daim məhsulların mövqelərinin yaxşılaşması üçün fəaliyyət göstərmək;
Anbardan topdan satış mütəxəssinin adına çıxan məhsullara görə birbaşa maddi məhsuliyyət daşımaq;
Müşayiət edici sənədlərin hazırlanması və icrasına nəzarət etmək;
Logistikanı (malın vaxtında yüklənilməsi və çatdırılması) təşkil və nəzarət etmək;
Bazardakı satış qiymətlərinin monitorinqini və rəqibləri analiz etmək;
Müştəri müqavilələrinin, müqavilə şərtlərinin danışılması, şərtlərin icrasına nəzarət, yaranan problemlərin həll edilməsi;
Marketinq şöbəsinin təşkil etdiyi marketinq tədbirlərində iştirak etmək, daim Marketinq şöbəsi ilə əməkdaşlıq etmək; 
Rəhbərliyin, kommersiya direktorunun və topdan satış menecerinin göstərişlərini yerinə yetirmək.


İş şəraiti:
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
İş vaxtı: 6 günlük, istirahət günü: bazar
İş yeri: Bakı şəhəri
Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır.

Requirements :

Namizədə Tələblər:
Ali təhsil (üstünlükdür);
Minimum 2 il iş təcrübəsi (Qida sənayesi üzrə);
Müştəriyə xidmət və satış, vaxt idarə etmə bacarıqları (planlaşdırma / prioritetləşdirmə), son tarixlərə cavab vermək qabiliyyəti, detallara diqqət, analiz etmə qabiliyyəti, komandada işləmək bacarığı;
1 C MS, Office, Outlook,  proqramlarında işləmək bacarığı;
Azərbaycan dili əla, Rus dili üstünlükdür.