Top.Mail.Ru
012 -5961868
negotiable
01.07.2024

Job Description

Texnoloq birbaşa Direktora tabedir;
Cəmiyyətin direktorunun əmri ilə vəzifəyə təyin edilir və vəzifədən azad olunur;
Texnoloq öz işində Azərbaycan Respublikasının qanunvericiliyin tələblərini, Cəmiyyətin Nizamnaməsini və bu vəzifə təlimatını əsas tutur;
Texnoloq vəzifəsinə əsasən ali texnoloji və ya mühəndis-texnoloji təhsilli müəssisənin profilinə uyğun rəhbər və ya texnoloq vəzifəsində 5 ildən az olmayaraq iş təcrübəsi olan şəxslər təyin olunur.  

Responsibilities :

Mütərəqqi, iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlamaq;
İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etmək;
Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji sənədləşdirmənin hazırlanması, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət etmək;
Məmulatların hazırlanması, elm və texnikanın nailiyyətlərinin, mütərəqqi texnologiyanın tətbiqi, texnoloji sistemlərin layihələşdirilməsi, istehsalatın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, qeyri-standart avadanlığın, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini təşkil etmək;
Texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azaldılması üzrə tədbirlərin hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak etmək;
Yeni maşın və mexanizmlərin, mexanikləşdirmə və avtomatlaşdırmanın istehsalata tətbiqi və sınaq işlərində, sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak etmək;
Tabeliyində olan işçi heyətinə nəzarət etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək;
İstehsalat prosesi zamanı rəhbərlik tərəfindən razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında yaxından iştirak etmək;
İstehsalat prosesi zamanı operatorların qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq;
İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin attestasiyası və müasirləşdirilməsində əmək məhsuldarlığının yüksəldilməsinə dair təkliflər vermək;
Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;
Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;
Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
İstehsalat sexinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
İş alətləri və avadanlıqlardan, iş geyimləri və Fərdi Mühafizə Vasitələrindən səliqəli və düzgün istifadə edilməsinə nəzarət etmək;
İstehsal dayandıqda, iş rejimi pozulduqda, keyfiyyətsiz məhsul istehsal edildikdə, texniki təhlükəsizlik qaydaları və istehsalatda sanitariya normaları pozulduqda dərhal tabe olduğu rəhbərini məlumatlandırmaq;
Tabeçiliyində olan işçilərin daxili əmək intizamı qaydalarına riayət etməsini təmin etmək; 
Ətraf mühitə minimal təsir və öz sağlamlığı üçün riskin azaldılması məqsədi ilə öz işinin təşkilini aparmaq.

Requirements :

İstehsalatın düzgün idarə olunmasına dair rəhbərliyin qərar, sərəncam və əmrlərini, istehsalın texnoloji hazırlığı üzrə metodiki və normativ materialları;
Məmulatın konstruksiyasına və məhsulun tərkibinə aid olan layihələşdirilmiş texnoloji prosesi;
Məhsulun istehsal texnologiyasını;
Müəssisənin texniki inkişaf perspektivlərini;
Əsas texnoloji avadanlığı və onun işlənmə prinsipini;
Müəssisənin spesifik xüsusiyyətlərini, istehsal gücünü və iş rejimini;
Eyni tipli texnoloji prosesləri və istehsal rejimlərini; 
Maşın və mexanizmlərin istismar qaydalarını;
İdarəetmə proqramlarının işləmə prinsiplərini;
Hazır məhsula və xammala qoyulan texniki tələbləri;
İstehsalatda istifadə olunan xammal və materialların istifadə normalarını;
Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları;
Məhsulun maya dəyərinə təsir edən faktorları;
Texniki sənədləşdirilmənin aparılması və hazırlanması üzrə əsasnamə, təlimat və başqa rəhbər materialları;
Yeni texnikanın və texnologiyanın tətbiqinin iqtisadi səmərəliliyinin müəyyən edilməsi metodlarını, elm və texnikanın nailiyyətlərini, eyni tipli məhsul buraxan sahələrin qabaqcıl təcrübələrini;
Qida və qeyri - qida məhsullarının istehsalında tətbiq edilən qatqılar və onların fiziki-kimyəvi xüsusiyyətlərini, texniki göstəricilərini və onların tətbiqi üsullarını;
İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin attestasiyası və müasirləşdirilməsində əmək məhsuldarlığının yüksəldilməsi üçün metodların işlənilməsini;
İstehsalat bölmələrinin və avadanlıqlarının yuyulmasında istifadə olunan yuyucu və dezinfeksiyaedici vasitələrin konsentrasiyasını və onlardan istifadənin təhlükəsizlik qaydalarını;
Əmək fəaliyyətinə aid sanitar normaların tələb və qaydalarını, YMT MS - nin sənədlərinin tələblərini; 
Öz fəaliyyəti ilə bağlı gigiyena tələblərini;
Əmək fəaliyyətinə aid olan ətraf mühitin və əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə əmək qanunvericiliyini;
Ətraf mühitin mühafizəsi və təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını
Öz fəaliyyətinin ekoloji aspektlərini və onların ətraf mühitə təsir dərəcəsini;
Fəaliyyətlə bağlı riskləri və onların idarə edilməsi üzrə tədbirləri;
İş yerində ətraf mühitin qorunmasının effektivliyinin artırılması metodlarını;
Qəza vəziyyətlərində fəaliyyətini.