Job Description
Responsibilities :
Vəzifə və Öhdəliklər:
• Müəssisəyə məxsus minik, yük avtomobillərinin və digər texnikaların təmiri, sığortası və texniki baxışına nəzarət;
• Nəqliyyat avtomobillərinin GPS izlənilmələrinin həyata keçirilməsi, analizlərin aparılması və müvafiq hesabatların hazırlanması;
• Daxili nəqliyyat ehtiyaclarının təmin edilməsinə nəzarət edilməsi;
• Daxili nəqliyyat vasitələrinin alışı və istifadə müddəti bitdikdən sonra satışı proseslərinin həyata keçirilməsi;
• Avtomobil ehtiyyat hissələri üzrə ehtiyacların müəyyən edilməsi və alışı üçün müvafiq olaraq alış tələblərinin açılması;
• Nəqliyyat vasitələrində baş vermiş nöqsanların analiz edilməsi vəaradan qaldırılması üçün müvafiq tədbir görülməsi;
• Bütün növ nəqliyyat vasitələri üzrə təmir işlərinin həyata keçirilməsinə nəzarət, təmirdən sonra yoxlanılması və təhvil alınması və müvafiq olaraq sənədləşmələrin aparılması;
• Müəssisə işçilərinin daşınmasını təşkil edən şirkətin nəqliyyat proseslərinə, marşurutların təyin edilməsi nəzarət edilməsi, şikayət və təkliflərin analiz edilməsi və müvafiq təkliflərin hazırlanması;
• Daxili təmir məntəqəsinin iş prosesinə, bütün avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
• Baş vermiş yol nəqliyyat hadisələri üzrə araşdırılma aparılması və təkrarlanmaması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
• Müəssisəyə məxsus avtoyükləyicilərin daimişlək vəziyyətdə olmasına, planlı təmirin həyata keçirilməsinə nəzarət, ortaya çıxan nöqsanların vaxtında və dəqiq aradan qaldırılması prosesinin təşkil edilməsi;
• Müəssisədaxili nəqliyyat vasitələrinin yanacaq təminatının həyata keçirilməsi və müvafiq hesabatların təqdim edilməsi;
• Şirkət qonaqlarının qarşılanması və yerləşdirilməsinin təşkil edilməsi;
• Ərazidə olan tullantıların müvafiq şirkət vasitəsi ilə daşınmasına nəzarət edilməsi
Requirements :
Tələblər:
• Ali təhsil
• MS Office proqramlarından ümumi istifadə bacarıqları;
• Əlaqədar sahə üzrə 2-3 il iş təcrübəsi;
• İngilis dili biliyi arzuolunandır;
Tələb olunan kompetensiyalar:
• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik
• Davamlı inkişaf